Minifutbol
Koronavirusa yoluxan idman jurnalisti: “Özümü yaxşı hiss edirəm”
"Allaha şükür, səhhətimdə dəyişikliklər müsbətə doğru gedir. Hazırda özümü yaxşı hiss edirəm. Müalicəmin gedişi nikbinliyə əsas verir. Qanımdan analiz verimişəm. Sevindirici məqam bu oldu ki, orda viris yoxdur. Qanda virus olanda, müalicə prosesi ləngiyir, daha çox vaxt aparır. Ağciyərlərdə pnevmaniya var ki, onunla bağlı müalicə yazılıb. Gündə 3-4 dəfə sistem qoşulur, 5-6 dərman atıram".
Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri koronavirusa yoluxan azərbaycanlı idman jurnalisti Anar Cəfərsoy bildirib.
Hazırda müalicə prosesi gedən təcrübəli həmkarımız bir həftədi onu müalicə edən həkimlərin böyük diqqətini gördüyünü qeyd edib: "Tibb işçiləri işlərinə çox ciddi yanaşırlar. Xüsusilə həkim Şərəf Hüseynovaya və böyük tibb bacısı Könül Vəliyevaya dərin minnətdarlığımı bildirirəm. Hər gün dəfərlələ həratətimi, qan təzyiqimi yoxlayırlar. Xəstələrə böyük diqqət, qayğı var, şərait ən yüksək səviyyədədir. Bunadək 5 gün köhnə "Semaşko"daydım. Üç gündür Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında müalicə olunuram. Dünən hərarətim 39 dərəcə olmuşdu. Həkim dedi ki, təhlükəli deyil, narahat olma. Hərarətin olmağı bədənin immunetitinin göstəricisidi. İynə vurdular, hərarətim aşağı düşdü. Onu da sizə deyim ki, hərarətim hərdən artanda, özümü narahat hiss etmirəm. İynə də vurulmasa, bir neçə saata keçib gedir".
A.Cəfərsoy müalicə prosesinin nə vaxt başa çatacağının hələ ki, bilinmədiyini söyləyib: "Adətən 5-7 gün müalicə prosesi olur. İlk testimi mayın 15-də vermişdim, cavabı neqativ çıxmışdı. Üç gün sonra gəldim xəstəxanaya. burnumdan, boğazımdan test götürdülər. Bir neçə gün sonra "Semaşko"da mənə dedilər ki, testinizin cavabı pozitiv çıxıb, sizdə koronavirus aşkarlanıb. Buna görə də məni hazırda olduğum yerə gətirməyə qərar verdilər".
Supersport.az saytının baş redaktoru olan həmsöhbətimizin ailəsində koronavirus özünə qədər anasında aşkarlanıb. Anardan anasının vəziyyətini soruşduqda çox ağır olduğunu diqqətimizə çatdırdı: "İnşallah, qismət olsa, avqustda 70 illik yubileyi olacaq. Anamda da birinci testin cavabı neqativ olmuşdu. Sonra apardıq xəstəxanaya, orda verilən ikinci testin cavabı pozitiv olduğu aşkarlandı. Allah ona yardım eləsin, pnevmaniyanın ən kəskin formasıdı. Çox təəssüf ki, anamın qanında koronaviris aşkarlandı. Bu da əlavə müalicə almalı olması deməkdi. Böyrəyi dializ olunur. Əvvəl şəkərli diabeti yox idi, indi bu xəstəlik də çıxıb. Bunun ürəyə də mənfi təsiri var. Bildiniz kimi, ümumiyyətlə, şəkərli diabetin bütün orqanlara mənfi təsiri var. Bir sözlə, anam neçə müddətdir xəstəliklə çarpışır".
A.Cəfərsoy "Facebook" sosial şəbəkəsində şəxsi səhifəsində koronavirusa tutulmasıyla bağlı məlumat paylaşandan sonra ona çox diqqət göstərildiyini söyləyib: "Allah hamısından razı olsun. Heç kimdən ummuram ki, mobil nömrəmə yığaraq, halımdan xəbərdar olsunlar. Onları da narahat eləmək istəmirəm. Özünüz bilirsiniz ki, telefonla danışanda, xəstənin özü də narahat olur. Saytınız vasitəsilə həmkarlarıma, ümumiyyətlə, çalışdığı sahədən asılı olmayaraq mənimlə maraqlanan cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələrinin hər birinə böyük təşəkkürümü çatdırıram. Yəni "Allah şəfa versin" sözü belə mənim üçün böyük dərmandır. Hər bir şeyi heç vaxt pulla ölçmürəm. "Qarabağ" mediaya hər zaman xüsusi diqqət göstərdiyini bu dəfə də nümayiş etdirdi. Klub rəhbərliyindən direktor Əmrah Çəlikəl şəxsən mənimlə əlaqə saxlayaraq, istər mənəvi, istərsə də maddi dəstək veriləcəyini bildirdi. Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov da mənə telefon açaraq vəziyyətimlə maraqlandı, dəstəyini göstərdi. Buna görə onlara, "Qarabağ" klubuna dərin minnətdarlığımı bildirirəm".
Həmkarımız Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) ona göstərdiyi diqqəti də xüsusi qeyd etməyi lazım bildi: "Bu qurumun da zəhmətini yerə vura bilmərəm, ədalətsizlik olardı. Başda prezidenti Qabil Mehdiyev olmaqla AİJF-yə, onun İdarə Heyətinə, bütün üzvlərinə mənə göstərdikləri dəstəyə görə "çox sağ ol" deyirəm. Yeni yaranan qurum olmasına baxmayaraq, media əhlini diqqətdə saxlayır. Qabil müəllim mənimlə əlaqə saxlayaraq, rəhbərlik etdiyi federasiyanın daim yanımda olmasını söylədi, şəfa dilədi, koronavirusa qalib gələcəyimə inamını bildirdi. Bundan əlavə, AİJF mənə maliyyə yardımı da elədi - hesabıma 300 AZN məbləğində pul köçürüldü. Allah köməkləri olsun. Açığı, ummurdum, Mehdiyevin zəngi belə böyük mənəvi dəstək oldu" (sport24.az).
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
- Avropa çempionatında möhtəşəm nəticə
-
23:00
"Sumqayıt" "Qarabağ"a belə qalib gəldi VİDEO
-
21:56
"Neftçi" və "Sumqayıt"dan qələbə
-
21:05
"Neftçi"dən "Turan Tovuz"a 3 cavabsız qol VİDEO
-
15:46
“Sumqayıt”dan azarkeşlərinə müraciət
-
14:11
"Kəpəz"in üç futbolçusu "Qəbələ"yə qarşı oynamayacaq
-
13:38
Azərbaycan idmançısı Paris-2024-ə vəsiqə qazandı
-
12:05
“Səbail”in müdafiəçisi: “Son 4 tur bizim üçün finala bərabərdir”
-
11:54
"Bayer" yenə 90+6-da məğlubiyyətdən qaçdı VİDEO
-
11:40
"Atletiko" "Atletik"ə qalib gəldi VİDEO
-
11:29
"Latsio"dan minimal hesablı qələbə VİDEO
-
11:17
Karate üzrə açıq turnir keçirilib
-
11:02
"Yuventus" - "Milan" matçında heç-heçə VİDEO
-
10:53
Azərbaycanın stolüstü tennisçisi Fransada beynəlxalq turnirin qalibi olub
-
10:38
"Borussiya" darmadağın oldu VİDEO
-
10:26
“Forza Neftçi” qayıdır: Çağırışa müsbət cavab verildi
-
10:11
Keyn "Bavariya"ya qələbə qazandırdı VİDEO
-
10:04
Elcan Hacıyev: “Avropa çempionu olmaq xəyalım idi”
-
09:45
Derbini "Fənərbaxça" qazandı VİDEO
-
23:25
"Neftçi" azarkeşlərinə çağırış etdi
-
23:08
Renat Dadaşov "Başakşehir"ə qol vurdu
-
21:16
Samir Abasov Xavi ilə görüşdü
-
21:00
"Neftçi"nin 3 futbolçusu "Turan Tovuz"a qarşı oynamayacaq
-
20:27
Şahin Diniyev: “Avrokuboklara getməmək dünyanın sonu deyil”
-
19:53
"Səbail" səfərdə məğlub oldu
-
17:00
Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
-
16:32
Krivostyukun komandası mövsümdə ilk qələbəsini qazandı
-
13:49
Azərbaycanın idmançıları Prezident Kubokunda mübarizə aparacaqlar
-
12:24
Azərbaycan taekvandoçuları Prezident kubokunda 6 medal qazanıb
-
11:50
32-ci turun hakim təyinatları
-
11:38
Azərbaycan Boks Federasiyasının rəsmiləri Naxçıvanda fəaliyyət göstərən məşqçilərlə görüşüb
-
11:13
Bakı Marafonunda iştirak üçün 15-dən çox ölkənin vətəndaşları qeydiyyatdan keçib
-
10:56
Arda Gülər "Real"a qələbə qazandırdı VİDEO
-
10:42
İnfantino "Qarabağ"ı təbrik edib
-
10:29
Bundesliqa: 31-ci turun açılış oyununda 5 qol VİDEO
-
10:17
"Traktor" 1/4 finala yüksəlib
-
10:00
Şahruddin "Qalatasaray"a qarşı belə oynadı VİDEO
-
09:51
Millimiz Monteneqronu məğlub edib FOTOLENT
-
20:28
Hidayətdən 4-cü Avropa çempionluğu
-
18:13
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışd
-
18:00
Azərbaycan gimnastı: “Rəqiblərimiz bizdən çəkinirlər”
-
16:39
Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
-
16:17
Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb
-
15:51
Kubokun finalı: Nominal meydan sahibi və başlama saatı müəyyənləşdi
-
15:26
Millimizin üzvü Macarıstanda bürünc medal qazandı
-
13:42
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
-
13:30
AFFA 7 klubu cərimələdi
-
13:13
“Futbolu da basketbol qədər izləyirəm”
-
12:45
Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
-
11:34
İvan Brkiç: “Neftçi”nin şərəfi uğrunda canımızı meydanda qoymalıyıq”
-
11:08
AFFA Salyanskini əfv etmədi