29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü

Minifutbol

"Neftçi"nin adı harada varsa, orada hədəfi çempionluqdu"

"Futbol klubu olaraq kiber idmanda ilk təcrübəmizdir. Nə vaxtsa bu sahədə də özümüzü göstərməliydik. e-Milli Liqadakı iştirakımızla bunu gerçəkləşdirmiş olduq".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev bildirib.

Azərbaycanda ilk dəfə olaraq, ölkənin bütün rəsmi futbol çempionatlarında təmsil olunan klublar kiber sahəsində “ən güclü” adı uğrunda mübarizə aparacaqlar. AFFA və “Sport Marketing Group” şirkətinin əməkdaşlığı, “CBC Sport”un informasiya dəstəyi ilə EML kiber futbol Liqası başlayır. EML-də ölkəmizin bir çox futbol klubları (PFL, 1-ci Divizion, Futzal, Çimərlik Futbolu, Region Liqası, Qadın Futbol Liqası və s.) çıxış edəcəklər.

E qrupunda yer alan "Neftçi" Region Liqası təmsilçiləri - Masallı "Ərkivan"ı, Gəncə "Qoşqar"ı və "Ağsu Siti"yə rəqib olub.

Allahverdiyevin sözlərinə görə, ilk sınaq onlar üçün həm maraqlı, həm də çətin görünür: "Neftçi"nin adı harada varsa, orada hədəfi çempionluqdur. Qrupdakı rəqiblərimizə hörmətlə yanaşırıq, ancaq inanırıq ki, oyunçularımız "Neftçi"ni ən yaxşı şəkildə təmsil edəcəklər" (sport24.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30