2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Minifutbol

İstanbula bilet qazanmaq üçün yarışacaq “Neftçi” azarkeşləri məlumdu

“Neftçi”nin sponsoru “Turkish Airlines”ın dəstəyi ilə İstanbula gediş-gəliş bileti qazanmaq üçün təşkil olunan yarışın qaydalarına 8 iştirakçı doğru əməl edib.

Futbolxeber.az saytının “Neftçi”nin rəsmi Feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, martın 7-si saat 18:00-da “Sabah” ilə keçiriləcək ev oyununun fasiləsində 8 azarkeşin iştirakı ilə penalti yarışı təşkil olunacaq.

Yarışın qalibi “ağ-qaralar”ın sponsoru “Turkish Airlines”dan İstanbula gediş-gəliş bileti əldə edəcək. İkinci yerin sahibi klubun tərəfdaşı “Buta Qlobal Enerji Tekstil”dən hədiyyə kuponu, digər iştirakçılar isə başqa tərəfdaş “Park Cinema”nın kinoteatrlarından illik bilet qazanacaqlar.

Penalti yarışının iştirakçıları - Əlinağı Bakılı, Səbuhi Vəlizadə, Kamran Əliyev, Niyaz Niyaz, Ayxan Abdullayev, Nicat İbadov, Murad İsmayılzadə və Hafiz Nəbiyevdən “Neftçi” - “Sabah” matçının birinci hissəsi başa çatan kimi “Bakcell Arena” stadionunun ərazisində yerləşən ofisə yaxınlaşmaları xahiş olunur.

Xatırladaq ki, qaydalar aşağıdakı kimi idi:

1. Premyer Liqanın 19-cu turu çərçivəsində martın 1-i saat 17:00-da “Bakcell Arena”da keçiriləcək “Neftçi” - “Səbail” oyununda iştirak et və stadionda selfi çək.

2. Həmin şəkli bu paylaşımın şərh bölməsində yerləşdir.

3. Həmin şəkli “Neftçi” PFK-nın və “Türk Hava Yolları”nın rəsmi Facebook səhifələrini teq etmək şərti, #GƏLƏCƏKÜÇÜNBURDAYIQ heşqeti ilə öz səhifəndə paylaş və bu paylaşımı hamı üçün açıq et.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31