2 May 2024, Cümə axşamı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə

Minifutbol

"Ramin Musayevlə Ağasəlim Mircavadov 40 min dollarımı vermədilər"

Milli komandamızın və "Neftçi"nin sabiq oyunçusu Elşən Qəmbərov Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və məşqçi Ağasəlim Mircavadovu tənqid edib.

Futbolxeber.az saytının məlumatına görə, hazırda ABŞ-da yaşayan və "Bridgeview Soccer Academy" məktəbi açan 47 yaşlı veteran futbolçu ABŞ-da yaşayan tanınmış jurnalist Aynur Talıbovanın "Youtube" kanalına müsahibə verib.

O, ABŞ-a yeni gələrkən fəhlə işlədiyini, mebel, pianino kimi avadanlıqları liftsiz binalarda yüksək mərtəbələrə qaldırdığını deyib. Qəmbərov Azərbaycandan ayrılma səbəbini də açıqlayıb:

"Neftçi"də oynayanda 40 min dollarımı vermədilər. Səbəb də o idi ki, formanı yerə atmışdım. Amma ədalətsizlik var idi deyə, elə etmişdim. Məndən sonra da formanı atanlar oldu, heç onlara cəza vermədilər. O vaxt klubun icraçı direktoru Ramin Musayev, baş məşqçi isə Ağasəlim Mircavadov idi. Mənə qarşı haqsızlıq etdilər. Ancaq gəldim burda özümü sübut etdim, futbol məktəbi açdım. Onlar mənim vəziyyətimdə olsaydılar, belə edə bilərdilər? İki həyat ömür sürsələr də, edə bilməzlər". 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31