3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Minifutbol

“Şimşək” komandası “Payız turniri”nin qalibi olub

AFFA-nın, Sahə Futbol Federasiyaları İctimai Birliyinin və Bakcell şirkətinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə Memarlıq və İnşaat Universitetinin idman zalında eşitməqüsurlu əlillər arasında keçirilən futzal üzrə “Payız turniri” başa çatıb.

Futbolxeber.az saytının məlumatına görə, “Şimşək” komandası turnirin qalibi olub. “Zirvə” və “Azəri” isə müvafiq olaraq 2-ci və 3-cü yeri tutub.

“Azəri” komandasından Ümüd İbrahimov turnirin ən yaxşı oyunçusu, “Şimşək”dən Rabil Şahbazov isə ən yaxşı qapıçı seçilib. Turnirin ən məhsuldar futzalçısı 11 qol vuran “Zirvə” komandasının üzvü Musa Musayev olub.

Sonda komandalara medallar, diplomlar və kuboklar təqdim olunub. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31