3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Minifutbol

Elçin Əlibəyli: “Məni döyən şəxsin olimpiya çempionu Namiq Abdullayevin olması...”

Tanınmış teleaparıcı Elçin Əlibəyli sərbəst güləş üzrə olimpiya və 3 qat Avropa çempionu Namiq Abdullayev tərəfindən döyüldüyünü iddia edir.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Əlibəylinin özü şəxsi "Facebook" səhifəsində yazıb.

O, hadisənin oktyabrın 19-da baş verdiyini bildirib: "Həmin gün qonşum tərəfindən siyasi motivlərə görə döyülsəm də, bu günə kimi döyən şəxsin olimpiya çempionu Namiq Abdullayevin olması səbəbindən Daxili İşlər Nazirliyi susur. Bu ölkədə haqq-ədalətin olmadığı qənaətinə gəlirən. Döyülmək və söyülmək davası deyil, mənim davam, Avropa çempionu olan qonşum fənd işlədərək, təpiklə mənim əmilliyyatda yenicə çıxdığım yırtıq partlatması hesabına aldığım ağır zərbədən günlərlə çəkdiyim əziyyətdir. Təcili əmiliyyat olunmalıyam, amma mən bu yazını yazada belə ağrıkəsiçi iynənin təsiri ilə yazıram".

Öz növbəsində Abdullayev açıqlamasında Əlibəylini tanımadığını və aparıcının iddialarının yalan olduğunu bildirib: "Deyirlər, Qız evində toydur, oğlan evinin xəbəri yoxdur. Mən onu tanımıram, qonşum olduğunu da bilmirəm. Görünür, mənim adımı hallandırmaqla özünə xal qazanmaq istəyir. Ya da özlərini çempion kimi qələmə verənlərdən biri ilə insident yaşayıb".

Qeyd edək ki, Elçin Əlibəyli sonradan onu Namiq Abdullayev yox, qardaşı Natiq Abdullayevin döydüyünü iddia edib (sportnet.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31