3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Minifutbol

AFFA-da mətbuat nümayəndələri üçün seminar keçirildi

Bu gün AFFA-nın inzibati binasında Hakimlər Komitəsi tərəfindən Kütləvi İnformasiya Vasitələri nümayəndələri üçün seminar keçirilib.

Futbolxeber.az-ın assosiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, Hakimlər Komitəsinin sədri Fritz Stuchlikin rəhbərliyi və departament rəhbəri Cavid Cəlilovun iştirakı ilə keçirilən seminarda əvvəlcə AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla çıxış edərək iştirakçıları salamlayıb. Ardınca F.Stuchlik seminarın proqramı barədə məlumat verib.

Proqrama uyğun olaraq, əvvəlcə 20 videoçarxdan ibarət viktorina keçirilib. İştirakçılar videçoçarxlarda izlədikləri epizodlarda hakimin qaydalara uyğun olaraq hansı qərarı verməli olduğu barədə xüsusi blanklarda qeydlərini aparıblar. Sonra Fritz Stuchlik Oyun Qaydalarına edilmiş əlavə və dəyişikliklərlə bağlı ətraflı məlumat verib. Fasilənin ardınca oyunlarda mübarizə epizodları, penalti zərbələri, ofsayd qərarları, həmçinin ötən mövsüm Azərbaycan Premyer Liqasında qeydə alınmış maraqlı məqamlardan ibarət videoçarxlar nümayiş olunub, sual-cavab formatında müzakirələr aparılıb. Bundan başqa, videoçarxlardan ibarət viktorinada nümayiş olunmuş sualların düzgün cavabları barədə izahlı məlumat verilib.

Premyer Liqa və Birinci divizion hakimlərindən müxtəlif testlər götürmək üçün Bakıda səfərdə olan “Complex Core” şirkətinin nümayəndəsi Thomas Taro Netzer keçiriləcək testlər barədə təqdimatla çıxış edib.

Müxtəlif saytların və televiziyaların nümayəndələrinin, eləcə də AFFA-nın və Peşəkar Futbol Liqasının əməkdaşlarının iştirakı ilə keçirilmiş seminara xatirə şəkli çəkdirilməklə yekun vurulub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31