3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Minifutbol

"16 yaşımda karyeramı bitirdim”

“Uşaqlıqdan futbola marağım olub. 7 yaşımda ilk dəfə, 1986-cı ildə Meksikada keçirilən dünya çempionatının oyunlarını izləmişəm. Məhz həmin mundialda azarkeş kimi formalaşmağa başladım”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

CBC Sport kanalında canlı yayımda qonaq olan E.Məmmədov peşəkar tennislə məşğul olduğunu bildirib:

“DÇ-1986-dakı bütün oyunlar yadımdadır. Dünya çempionatından öncə Mexikoda güclü zəlzələ oldu. Hətta Meksikanın mundiala ev sahibliyi edə biləcəyi də şübhə altına düşmüşdü. Çempionatın əvvəlində Fransaya azarkeşlik edirdim. Amma sonradan Almaniya fanatı oldum. Azərbaycan klublarının çıxış etmədiyi yarışlarda isə “Bavarita”ta azarkeşlik edirəm.

Həvəskarlar arasında futzal liqasında uzun illər çıxış etmişəm. 90-cı illərdə həvəskarlar liqası çox maraqlı idi. Sonra ölkə xaricinə yollandım. Hazırda həftədə 1 dəfə futbol oynayıram.

Peşəkar səviyyədə böyük tennislə məşğul olurdum. Sonra zədə aldım və 16 yaşımda beynəlxalq yarışdan öncə peşəkar tennisçi karyeramı bitirdim”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31