3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Minifutbol

“Qarabağ” UEFA-ya müraciət etdi: “Stadiona erməni bayrağı gətirilməsin”

“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində "Samtredia" ilə cavab matçı öncəsi UEFA-ya müraciət edib.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən yaydığı məlumata görə, son illər Azərbaycan və Gürcüstan təmsilçiləri bir neçə dəfə üz-üzə gəlib və bu qarşılaşmaların bir neçəsində xoşagəlməz hadisələr yaşanıb.

Bunu nəzərə alaraq, “Qarabağ” Futbol Klubu qarşılaşmada mümkün ola biləcək erməni təxribatının qarşısını almaq üçün həm Gürcüstan klubuna, həm də UEFA-ya müraciət edib.

Matça Ermənistan və qondarma "Dağlıq Qarabağ Respublikası"nın bayraqlarının gətirilməsinin qarşısının alınması yönündə "Qarabağ"ın rəsmiləri UEFA və Gürcüstan təmsilçiləri ilə görüşüb və stadiona yalnız Gürcüstan və Azərbaycan bayrağının buraxılacağı barədə qərar qəbul edilib.

Gürcüstan tərəfi də yarana biləcək erməni təxribatının qarşısını almaq üçün maksimum çalışacaqlarını bildirib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31