2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Minifutbol

Əziz Yıldırım İlham Əliyevə məktub göndərdi

“Fənərbaxça” idman klubunun və “Gülhan-Dearsan” şirkətlər qrupunun prezidenti Əziz Yıldırım Azərbaycan Prezidenti İlham Əliyevi 28 May – Respublika Günü münasibəti ilə təbrik edib.

Futbolxeber.az-ın Prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Ə.Yıldırımın məktubunda deyilir:

“Möhtərəm cənab Prezident.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizi “Fənərbaxça” idman klubu və “Gülhan-Dearsan” şirkətlər qrupu adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Uzaqgörən siyasətiniz, qətiyyətli rəhbərliyiniz ilə dost və qardaş Azərbaycanın inkişaf edən iqtisadi, siyasi və hərbi gücü sayəsində gələcəyə inamla baxan, firavan və əmin-amanlıq içində olan bir ölkəyə çevrilərək Qafqazın parıldayan ulduzu olmasından böyük məmnunluq və sevinc hissi duyur, qürurlanırıq.

Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin hər gün daha da inkişaf etməsi üçün iqtisadi, hərbi və yüksək texnologiyalar sahələrində iş və güc birliyimizi daha yüksək səviyyəyə çatdıracaq hər cür dəstəyimizin əmrinizdə olduğunu xüsusi vurğulamaq istəyirəm.

Fürsətdən istifadə edərək Azərbaycanın müstəqilliyi uğrunda həyatlarını qurban verən əziz şəhidlərə Allahdan rəhmət diləyirəm” - deyə məktubda qeyd edilib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31