1 May 2024, Çərşənbə
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Minifutbol

Prezidentdən Braziliyaya başsağlığı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Mişel Temerə başsağlığı verib.

Futbolxeber.az saytının "Azərtac"a istinadən verdiyi məlumata görə, başsağlığı məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Kolumbiyada sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həmvətənlərinizin həlak olması xəbəri məni son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Braziliya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

Qeyd edək ki, dünən "Şapekoense"nin üzvlərini daşıyan təyyarə Medellin hava limanına enərkən qəzaya uğrayıb. Komanda Sudamerikana kubokunun finalının ilk oyununda "Atletiko Nasional"la oynamaq üçün bu şəhərə gedirmiş. Qəza nəticəsində təyyarədə olan 82 nəfərdən 76-ı ölüb. Ölənlər arasında komandanın baş məşqçisi də var.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31