3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Minifutbol

Qurbanovdan alqışlanası addım

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin qonağı olub.

Futbolxeber.az saytının məlumatına görə, Qurban Qurbanov fiziki imkanları məhdud olan insanlar tərəfindən böyük maraqla qarşılanıb. Baş məşqçi onların gündəlik həyat tərzi və fəaliyyətləri ilə yaxından tanış olub.

Daha sonra Q.Qurbanova fiziki qüsurlu şəxslərin məşğul olduğu boççia idman növü haqqında məlumat verilib.  Boççia qədim tarixə malik olan, rəngli toplarla oynanılan idman növüdür. Boççia sağlamlıq mərkəzində müalicə olan insanların ən sevimli məşğuliyyətidir.

Qurban Qurbanov bu idman növünə böyük diqqət göstərərək oyun qaydaları və iştirakçılarıyla tanış olub. Baş məşqçi Qarabağ qazisi Elşad İbrahimovla boççia oynayıb. Daha sonra iki komanda arasında yarış keçirilib, oyun böyük diqqətə səbəb olub.

Oyundan sonra isə klub üzvləri ilə təəssüratlarını bölüşən baş məşqçi onlara uğurlar arzulayıb. Görüşün sonunda isə xatirə şəkili çəkilib (klub saytı).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31