9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Minifutbol

Zaqata şəhər stadionunda yenidənqurma işləri davam edir

Zaqatala şəhər stadionunda yenidənqurma işləri davam etməkdədir. Futbolxeber.az-ın məlumatına görə, artıq mərkəzi arenanın köhnə süni ot örtüyünün sökülməsi işləri gedir. Bundan qabaq isə direnaj sisteminin yenilənməsi və digər hazırlıq işləri görülmüşdü. İyun ayının əvvələrindən işlərə başlayan Bolqarıstanın "Dinamik Resurs” şirkətinin əməkdaşları əsas meydança ilə paralel, ehtiyat meydandada yenidənqurma işlərini davam etdirir. Növbəti mövsümün startına qədər işlərin tamamlanması nəzərdə tutulub.

Köhnə süni ot örtüyü söküldükdən sonra, ondan istifadə edərək Zaqatalanın böyük kəndlərində yeni meydançalar salınacaq. Orada "Simurq" futbol məktəbləri açaraq, ucqar kəndlərdən mərkəzə gələ bilməyən uşaqların futbolun sirrlərini öyrənməsi üçün imkanlar yaradılacaq. Burada seçilənlər komandanın aşağı yaş qruplarının əsas heyətlərinə cəlb olunacaq. Zaqatala şəhər stadionunda isə Hollandiyanın “Edel Qras” şirkətinin FİFA-nın 2 ulduzlu standartlarına cavab verən, 2013-cü il istehsalı süni ot örtüyü döşənəcək.

Bundan başqa stadionun texniki sahələridə təmir ediləcək. Paltardəyişmə və digər texniki otaqlarda yenilənmə işləri görüləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31