1 May 2024, Çərşənbə
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Minifutbol

Qriqorçuk vədinə əməl etdi: Ukraynalı mütəxəssis “Jumeirah”da da qələbəyə sevindi

“Lill”lə oyunöncəsi mətbuat konfransında mərhələni adlayacaqları təqdirdə jurnalistlərə qonaqlıq verəcəyini vəd edən “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk sözünün üstündə durub. Günün ikinci yarısında dəvəti qəbul edən 16 mətbuat nümayəndəsi “Jumeirah Bilgah Beach Hotel"ə yollanıb. Adıçəkilən məkanda jurnalistləri Roman Qriqorçuk və “Qəbələ”nin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev qarşılaşıb.

Ukraynalı mütəxəssisin tərtib etdiyi proqrama əsasən media nümayəndələri ilk öncə “Aqua Park”da əyləniblər. Daha sonra jurnalistlər çimərlik futbolunda güclərini sınayıblar. Roman Qriqorçuk da matçın iştirakçısı olub. Görüş ukraynalı mütəxəssisin yer aldığı komandanın 6:4 hesablı qələbəsi ilə başa çatıb. Qollardan ikisinin müəllifi məhz Qriqorçuk olub.

Daha sonra isə hər kəs süfrə arxasına toplaşıb. Qriqorçuk dəvəti qəbul edənlərə təşəkkürünü bildirib. Media nümayəndələri də öz növbələrində “Qəbələ”nin çalışdırıcısına qarşıdakı “Maribor”la oyunda uğurlar arzulayıblar. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31