2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Minifutbol

Azərbaycanda klub prezidentinə qarşı 39 min manatlıq dələduzluq edilib

Bakı şəhərində daha bir dələduzluq hadisəsi qeydə alınıb. Futbolxeber.az saytının “Report”a istinadən verdiyi məlumata görə, Bakı şəhər sakini 55 yaşlı Misir Əbilov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2013-cü ildə İmran adlı şəxs onun etibarından sui-istifadə edərək 39 min manatını alıb, lakin qaytarmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2. (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Şikayətçi Misir Əbilov futbol üzrə Azərbaycan çempionatının I Divizionunda mübarizə aparan “Bakılı” klubunun prezidentidir.

M.Əbilov açıqlamasında ətraflı danışmaq istəməsə də, xəbəri təsdiqləyib. O, İmran adlı şəxslə dost olduğunu söyləyib: “Hazırda hüquq-mühafizə orqanları araşdırma aparır”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31