1 May 2024, Çərşənbə
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Futzal

Vitali Borisov: “Onların yolunu gözləyirik”

"Araz-Naxçıvan" komandası üç futzalçı ilə yollarını ayırıb.

Futbolxeber.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Vitali Borisov Azərbaycan Futzal Federasiyasının saytına açıqlamasında deyib.

Mütəxəssis Erik Dannilo, Xətai Bağırov və İsa Atayevin komandadan ayrıldığını söyləyib: "Onlara karyeralarında uğurlar arzulayırıq. 3-4 futzalçı ilə danışıqlarımız olub, onların yolunu gözləyirik".

Baş məşqçi heyətlə bağlı dəyişikliklərin olacağını diqqətə çatdırıb: "Bu boşluqları doldurmalıyıq. “Stolb” mövqeyinə mütləq transfer edəcəyik. Digər transferlərimiz də hücumameyilli oyunçular olacaq. Çünki müdafiə xətti ilə bağlı çətinliyimiz yoxdur. Çalışırıq ki, transferlər komandanın toplanışına qədər yekunlaşsın”.

Borisov yanvarın 12-də hazırlığa başlayacaqlarını söyləyib: "2-3 gün yüngül məşqlərlə kifayətlənəcəyik. Yanvarın 15-dən isə fiziki yükləmələr başlayacaq. Fiziki planda çalışmalarla paralel taktiki məşqlərə də yer ayıracağıq. Qış fasiləsinə qədər keçirdiyimiz oyunlar zamanı ortaya çıxan problemləri aradan qaldırmalıyıq".

Qeyd edək ki, qış fasiləsinə 25 xalla turnir cədvəlinin zirvəsində yollanan “Araz-Naxçıvan” ən yaxın izləyicisini cəmi 2 xal qabaqlayır. Keçirdiyi 10 oyunun 8-də qələbə qazanan “qırmızı-ağlar” digər iki matçın birində yenilib, birində isə heç-heçə edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31