3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Futzal

AÇ-2026 iki ölkədə keçiriləcək

2026-cı ildə Avropa çempionatının final mərhələsi iki şəhərdə - Riqada (Latviya) və Kaunasda (Litva) keçiriləcək.
 
Futbolxeber.az-ın Azərbaycan Futzal Federasiyasına istinadən verdiyi məlumata görə, bununla bağlı UEFA İcraiyyə Komitəsi qərar qəbul edib. Oyunlar 2026-cı il yanvarın 18-dən fevralın 8-dək baş tutacaq.
 
Qeyd edək ki, "Riqa Arena" 2019-cu ildə 19 yaşadək futzalçılardan ibarət milli komandalar arasında təşkil olunan Avropa çempionatının final mərhələsinə ev sahibliyi edib. "Kaunas Arena" isə daha mötəbər yarışı qəbul edib. Şəhərin ikinci böyük arenasında DÇ-2021-in final mərhələsinin 22 matçı keçirilib ki, bura açılış və bağlaşın matçları da daxildir.
 
Final mərhələsində 16 komanda iştirak edəcək ki, onlardan 14-ü seçmə mərhələlərdən vəsiqə qazanacaq. Seçmə mərhələnin oyunları gələn il aprelindən 2025-ci ilin sentyabrına qədər davam edəcək.
 
Buna qədər AÇ-nin final mərhələsinə Niderland (2022), Sloveniya (2018), Serbiya (2016), Belçika (2014), Xorvatiya (2012), Macarıstan (2010), Portuqaliya (2007), Çexiya (2005), İtaliya (2003), Rusiya (2001) və İspaniya (1999 və 1996) evsahibliyi edib. Millimiz 2010-cu ildən başlayaraq ardıcıl 6 dəfə AÇ-nin final mərhələsində iştirak edib.  
 
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31