28 Aprel 2024, Bazar günü
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu
32-ci turun hakim təyinatları

Futzal

Tələbələr arasında təşkil edilmiş futzal turnirinə yekun vurulub

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında təşkil edilmiş futzal turnirinə yekun vurulub.

Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, yarışda 19-u Bakı, 13-ü regiondan olmaqla ümumilikdə 32 ali və orta ixtisas təhsili müəssisələrinin komandaları mübarizə aparıb, 500-ə yaxın tələbə iştirak edib.

Bakı İdman Sarayında keçirilən üçüncü yer uğrunda oyunda Bakı Dövlət Universiteti Gəncə Dövlət Universitetinin komandasına qalib gəlib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası isə finalda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandasını məğlub edərək turnirin qalibi olub.

Final oyunundan sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatlandırma mərasimində Elm və Təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin prezidenti, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Firudin Qurbanov, Milli Məclisin sədr müavini Adil Əliyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, AFFA-nın baş katibinin müavini Kamran Vəliyev, Azərbaycan Həmkarlar İttifaqı Komitəsinin nümayəndələri və veteran futbolçular iştirak ediblər. İlk üç yeri tutan komandalar diplom, kubok və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Turnirdə “Ən yaxşı qapıçı”, “Ən məhsuldar oyunçu”, “Ən gənc oyunçu” nominasiyaları üzrə fərqlənənlər xüsusi mükafatla təltif olunub.

Qeyd edək ki, turnir Elm və Təhsil Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30