3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Futzal

Millimizin üzvü: "Polşa qrupda əsas rəqibimizdir"

"Oyundan və nəticədən razı qaldım. Bizim üçün vacib matç idi. Polşa qrupda əsas rəqibimizdir. Əlbəttə, iki qol vurmaqla komandama faydalı olmaq bir başqa sevincidir. Güclü oyunçulara sahibik və qarşıya qoyulan məqsədə çatmaq üçün potensialımız var. Oyundan-oyuna daha yaxşı olacağıq. İndi mövsümün əvvəlidir, bəzi futzalçılarımız tam formada deyil, zədəlilərimiz var".

Futbolxeber.az-ın məlumatına görə, bu sözləri futzal millimizin üzvü Rafael Vilela Bakıda Polşa yığmasına 4:3 hesabı ilə qalib gəldikləri dünya çempionatının əsas seçmə mərhələ oyunu barədə Azərbaycan Futzal Federasiyasının saytına açıqlamasında deyib.

O bildirib ki, Polşa ilə matçda hesab 3:1 olduqdan sonra daha diqqətli oynamalı idilər: "Çünki qarşımızda güclü rəqib var idi. Təəssüf ki, səhvlərdən qaça bilmədik. Amma önəmli olan yekun nəticə idi ki, biz də bunu xeyrimizə dəyişə bildik".

Dünən istirahət etdiklərini söyləyən oyunçu artıq Yunanıstanla matçın hazırlığına başladıqlarını bildirib: "Bu gün Bakıda son məşqimizi keçəcəyik və Afinaya yollanacağıq. Rəqibə hörmətlə yanaşırıq. Qarşımızdakı komandanın zəif və ya güclü olmasından asılı olmayaraq, qələbə 3 xal verir. Biz də xal ehtiyatımızı artırmaq üçün mütləq qalib gəlməliyik".

Qeyd edək ki, Yunanıstan - Azərbaycan görüşü oktyabrın 11-də keçiriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31