4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Futzal

“Araz-Naxçıvan”ın yeni transferi: “Çalışacağıq ki, bu markanın şöhrətini geri qaytaraq”

UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan” məşqlərini gündə bir dəfə olmaqla davam etdirir. 

Futbolxeber.az saytının məlumatına görə, heyətini də gücləndirən ölkə çempionunun məqsədi elit-raunda vəsiqə qazanmaqdır. 

Bosniya və Herseqovinanın Mostar şəhərində keçiriləcək oyunlarda təmsilçimizin rəqibləri şəhərin eyniadlı komandası ilə yanaşı, Serbiyanın “Loznika Qrad” və İsveçin “Orebro” komandaları olacaq. 

“Araz-Naxçıvan”ın yeni hücumçusu Vitao azfutzal.az-a həm komandasının hazırlığını, həm də qrupdakı rəqibləri dəyərləndirdi:

“Mənim üçün çətindir, çünki fərqli ölkəyə gəlmişəm, yeni mədəniyyət, mentalitetlə tanış oluram. Eyni zamanda komandamız da yenidən qurulub. Bildiyim qədəri ilə ötən il çempion olan heyətdən 4-5 futzalçı qalıb, qalan oyunçularımız heyətə yeni cəlb edilib. Belə olan təqdirdə, adaptasiya olmaq çətinləşir. Ancaq hər birimiz peşəkar futzalçıyıq, ilk dəfə deyil ölkə xaricində çıxış edirik. Mən uzun müddət “Kayrat”da oynamışam, Qazaxıstandakı kimi, burada da futzalın sevildiyini bilirəm. Bizi niyə dəvət etdiklərini də anlayırıq, məsuliyyətimizi hiss edirik.

Hazırlığa gəldikdə, avqustda 10 günlük təlim-məşq toplanışımız oldu. Əla şərait yaradıldı. Komanda oteldə məskunlaşdı, hər gün iki məşq keçdik. Daha sonra gün ərzində bir, bəzən isə iki dəfə məşq edirik. Məşq prosesi çox intensiv keçir, baş məşqçi Alesio taktiki planda nələr etməli olduğumuzu anladır. Əlbəttə, hər birimiz üçün onun dedikləri yenidir. Çünki hər baş məşqçinin özünəməxsus taktiki tapşırıqları olur. Gördüklərimə əsasən deyə bilərəm ki, komandaya işlər yaxşı qurulub.

Rəqiblərimizə gəldikdə, qarşımıza konkret tapşırıq qoyulub - elit-raunda yüksəlmək. Bilirik ki, qrupdakı rəqiblərimiz də bizim kimi iddialıdır. Onlar da mərhələ adlamaq istəyindədirlər. Amma cəmi bir komanda mübarizəni davam etdirmək hüququ qazanacaq. İndi Avropada asan milli, klub yoxdur. Xüsusilə də klub yarışında çox inkişaf var. Hər kəs heyətini gücləndirib. Ancaq “Araz-Naxçıvan” da Avropanın sayılıb-seçilən, güclü klublarından biridir. Çalışacağıq ki, bu markanın şöhrətini geri qaytaraq, yenidən ən yüksək pillələrdə qərarlaşaq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31