2 May 2024, Cümə axşamı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə

Futzal

Alesio da Silva püşkü dəyərləndirdi

Azərbaycan futzal millisinin baş məşqçisi Joze Alesio da Silva DÇ-2024-ün əsas seçmə mərhələsinin püşkünü dəyərləndirib. 

Futbolxeber.az-ın məlumatına görə, 6-cı qrupda Yunanıstan və Polşaya rəqib olan yığmanın çalışdırıcısı Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında bu haqda danışıb. O, Avropa çempionatının son seçmə mərhələsində Yunanıstanla iki dəfə üz-üzə gəldiklərini xatırladıb: 

“Çətindir, indi komandaların hamısı güclənib, iddiaları artıb. Yunanıstan millisi ilə Avropa çempionatının son seçmə mərhələsində iki dəfə üz-üzə gəldik, Eləcə də, “Araz-Naxçıvan” 2 il əvvəl Yunanıstan klubuna qarşı oynamışdı. Klub səviyyəsində duelimiz uğursuz alındı, milli ilə iki görüşdə qələbə qazanmışdıq. Onlar bizim oyun üslubumuzu, futzalçılarımızın gücünü, potensialını bilirlər. Əlbəttə, biz də bu komanda haqda məlumatlıyıq. Baş məşqçi Giannis Ziavas uzun müddətdir ki, bu vəzifəni icra edir. O, həm də AEK klubunu çalışdırır, hansı ki, bu komanda millinin özəyini təşkil edir. Polşaya gəldikdə, fikrimcə, Avropada sürətlə inkişaf edən millilərdəndir. Onların əksər oyunçuları başqa ölkələrin çempionatlarında çıxış edir. Heyətləri təcrübəli və gənc futzalçıların sintezindən qurulub. Kifayət qədər güclü rəqibdir. Onların sonuncu Avropa çempionatının final mərhələsində iştirak etməsi də bunu göstəricisidir. Əlbəttə, Azərbaycan millisi də qitənin ən güclü, rəqibləri üçün çətin komandalandan biridir. Yaxşı hazırlıq keçəcəyik. Qarşıya məqsəd qoyulub: elit-raunda yüksəlməliyik”.

Qeyd edək ki, seçmə mərhələnin matçları bu il 12-21 sentyabr, 3-12 oktyabr, 6-9 noyabr və 2023-cü il 27 fevral–8 mart tarixlərində oynanılacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31