2 May 2024, Cümə axşamı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə

Futzal

DÇ-2024: Millimiz birinci səbətdə

İyulun 7-də 2024-cü il futzal üzrə dünya çempionatının Avropa zonası üzrə əsas seçmə mərhələsinin püşkü atılacaq.

Futbolxeber.az saytının məlumatına görə, bu mərhələdən mübarizəyə start verəcək Azərbaycan millisi püşkatmada birinci səbətdə yer alacaq.

1-ci səbət: Portuqaliya (son qalib), İspaniya, Qazaxıstan, Xorvatiya, Serbiya, Azərbaycan, Ukrayna, İtaliya, Çexiya, Gürcüstan, Finlandiya, Slovakiya

2-ci səbət: Sloveniya, Bosniya və Herseqovina, Polşa, Rumıniya, Niderland, Belarus, Macarıstan, Fransa, Belçika, Latviya, Şimali Makedoniya, Moldova

3-cü səbət: Monteneqro, Kosovo, Norveç, Danimarka, İsveç, Ermənistan, Almaniya, Yunanıstan, İsrail, Kipr, Litva, Avstriya

Oyun günləri

12-21 sentyabr 2022

3-12 oktyabr 2022

6-9 noyabr 2022

27 fevral-8 mart 2023

Qeyd edək ki, əsas mərhələdə 36 komanda iştirak edəcək. Komandalar hər birində 3 iştirakçı olmaqla 12 qrupa səpələnəcək. Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. 12 qrup qalibi və ikinci pillədə yer alan komandalar arasında ən yaxşı göstəriciyə malik 4 milli birbaşa elit-raunda yüksələcək. Qalan 8 qrup ikincisi isə pley-off oyunlarında üz-üzə gələcək. 2023-cu il martın 10-da pley-off cütlükləri müəyyənləşəcək, oyunlar isə təxminən bir ay sonra - 10-19 apreldə keçiriləcək. Ev-səfər matçlarının yekununda üstün olan 4 yığma elit raunda yollanacaq.

20 komanda 5 qrupda

Elit-raundun püşkü 2023-cü il iyulun 5-də atılacaq, həmin il dekabrın 20-dək qrup matçları yekunlaşdırılacaq. 20 komanda 5 qrupda yarışacaq. Hər qrupda 4 komanda ev-səfər olmaqla mübarizə aparacaq. Qrup qalibləri final mərhələsinə birbaşa vəsiqə qazanacaq. Ən yaxşı göstəriciyə malik 4 “ikinci” isə pley-off oyununda iştirak edəcək. Əgər final mərhələsinə evsahibliyi Avropa ölkələrindən birinə verilsə, o zaman pley-off mərhələsinə ən yaxşı göstəriciyə malik 2 “ikinci” vəsiqə qazanacaq. Elit raundun pley-off oyunlarının püşkü 2024-cü il 25 yanvarda, oyunları isə 8-17 aprel tarixlərində keçiriləcək.

Rusiya millisinin FİFA və UEFA bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılması ilkin mərhələdə ən yaxşı nəticəyə malik 3-cü pillənin sahibi Norveçə əsas mərhələdə iştirak etmək hüququ yaradıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31