3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Futzal

Rizvan Fərzəliyev: “Komandamız ən azı ilk iki yerdən birini tutmalıdır”

“Hamısı tanış rəqiblərdir. Rusiya, Xorvatiya və Slovakiya ilə müxtəlif illərdə qarşılaşmışıq. Xüsusilə də, Slovakiya ilə cəmi 15 gün əvvəl rəqib olduğumuzu qeyd etməliyəm".

 

 

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Azərbaycan millisinin kapitanı Rizvan Fərzəliyev DÇ-2020-nin elit-raund mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

Fərzəliyev Azərbayca Futzal Federasiyasının rəsmi saytına açıqlamasında münasib qrupa düşdüklərini bildirib:

"Qrupumuzu bir qədər əlverişli adlandırmaq olar. Ciddi hazırlaşmalıyıq. Çünki burda zəif rəqib olmur. Komandamız ən azı ilk iki yerdən birini tutmalıdır. Rusiya millisi ilə sonuncu dəfə sentyabrda üz-üzə gəlmişik. Oyun üslublarına bələdik. Onları qrupun mütləq favoriti adlandırmaq düzdün olmazdı. Xorvatiya meydan sahibi olacaq, amma bu bizi narahat etməməlidir.

Düzdür, bizimlə görüş onlar üçün də bir qədər rahat olacaq. Çünki rəqiblərimiz də bizi yaxından tanıyırlar, necə oynadığımızı bilirlər. Bu baxımdan vəziyyət bərabərdir”.

Şanslar haqda da danışan Fərzəliyev Rusiya millisinə xüsusi diqqət yetirməli olduqlarını vurğulayıb: “Hazırkı məqamda bütün komandaların şansı bərabərdir. Ancaq indiyə qədər əldə olunan nəticələrə diqqət yetirsək, Rusiya millisinin oturuşmuş heyətə malik olduğunu və sabit çıxış etdiyini qabartmalıyıq. Bu komanda Avropa və dünya çempionatlarının finalında oynamağa alışıb. Xorvatiiya ilə isə 2015-ci ildə qarşılaşmışdıq. Həmin vaxt yenə dünya çempionatının qrup oyunlarına onlar ev sahibliyi edirdilər. Heç-heçə etsək də biz qrupun qalibi olduq və pley-off-da Hollandiya ilə qarşılaşdıq, Kolumbiyaya vizanı əldə etdik. Təbii ki, bu oyun 4 il əvvəl olub. İndi Avropada zəif komanda yoxdur, hər bir milli inkişaf edir, güclənir. Ona görə də qrupdakı 4 komandanın hər birinin birinci yeri tutmaq sanşı var. Birinci yeri tutsaq əla olar. Ən pis halda pley-off-larda oynamaqla bu vəsiqəni qazanmalıyıq”.

Qeyd edək ki, gələn il yanvarın 27-dən fevralın 5-dək keçiriləcək qrup oyunlarında millimiz Rusiya, Xorvatiya və Slovakiya ilə üz-üzə gələcək.       




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31