Etopaz
"TOPAZ": "Dəhşət saçan" PSJ, Messisiz "Barselona" və yarımcan "Şalke"
Mərc həvəskarları üçün "Topaz"la futbol həyəcanı davam edir. Avropanın 1 nömrəli klub turniri Çempionlar Liqasının oyunları öz yerində, ondan başqa İspaniya primerosunda, İngiltərə, İtaliya, Polşa, Danimarka və Rusiyanın aşağı liqalarında, həmçinin Serbiya, Slovakiya, Yaponiya, Misir, Meksika və Peruda keçiriləcək kubok görüşləri də bugünkü "Topaz" proqramında əksini tapıb. Tam 106 oyun!!! Onlardan 41-nə oyunların gedişində, canlı mərc etmək olar. 8 matça isə "təkli oyun" statusu verilib.
"Təkli oyunlar"dan 7-si Çempionlar Liqası matçları, biri isə ispan La Liqasının əvvəlki turlardan təxirə salınmış "Rayo Vallekano" - "Atletik Bilbao" qarşılaşmasıdır. "Təkli oyunlar"dan xüsusi maraq doğuranları.
Saat 23:00. "Barselona" - "İnter" (kod 107)
"B" qrupunun liderlərinin dueli. Hər iki komanda 2 oyundan maksimum xal toplayıb. Axşamkı görüşdə üstün olan tərəf qrupun şəriksiz lideri olacaq. "İnter" hazırda yüksəliş dövrünü yaşayır. Luçiano Spalletinin komandası A seriyası və Çempionlar Liqasında keçirdiyi son 7 matçda uduzmayıb. Ötən həftəsonu isə prinsipial Milan derbisində əzəli rəqibinə qalib gəlib (1:0). Lakin həmin görüş "İnter" üçün itkisiz olmayıb. "Neradzurra"nın əsas fiqurlarından biri Raca Nainqqolan zədələnib və onun "Barsa"ya qarşı oynayacağı sual altındadır. "Barselona"nın itkiləri isə daha çoxdur. Ən əsası komandanın lideri Messi zədə səbəbindən "İnter"lə oyunda olmayacaq. Ondan başqa Umtiti və Vermalen də zədə üzündən matçı buraxacaq.
Statistikaya gəlincə, tərəflər arasındakı 10 görüşdən 5-də "Barsa", ikisində isə "İnter" üstün olub. Milanlılar "Nou Kamp"da sonuncu qələbəni uzaq 1970-ci ildə qazanıb. Ondan sonra Barselonaya hər 3 səfər məğlubiyyətlə bitib. Bu 3 oyunda "İnter" hətta bir qol belə vura bilməyib. İki futbol "nəhəng"inin bu dəfəki duelinə "Topaz"ın təklif etdiyi əmsallar: "Barselona"nın qələbəsi 1.45, heç-heçə 3.85, "İnter"in qələbəsi 4.85.
Saat 23:00. "Pari Sen Jermen" - "Napoli" (kod 696)
"Ölüm qrup"u sayılan C qrupunda vəziyyət adına uyğundur. 2 oyundan sonra "Napoli" 4 xalla liderdir. "Liverpul" və PSJ 3 xalla sonrakı yerləri bölüşdürür. "Liverpul"un bu axşam öz meydanında "Srvena Zvezda"ya qalib gəlmək ehtimalı yüksək olduğundan qrupun Parisdə keçiriləcək matçının əhəmiyyəti ikiqat artır. "Napoli" qrup lideri olsa da, PSJ görüşün aşkar favoriti hesab olunur. Bu da təsadüfi deyil. Komanda hazırda rəqibləri üçün "dəhşət saçır". Parislilər sanki qol manyakına çevrilib. Son 6 matçın hamısını böyük hesabla qazanıblar. Fransa Liqasında ortabab "Amyen" və nüfuzlu "Lion"la oynadıqlarının fərqində belə olmayıblar: hər ikisnə 5 cavabsız qol vurublar. ÇL-də ötən tur "Srvena Zvezda"nı darmadağın ediblər -6:1. Ümumiyyətlə, iyulun ortalarından bəri yoldaşlıq görüşləri də nəzərə alınmaqla PSJ-nin son 17 matçının hamısı "üst" bitib. Axşamkı dueldə Fransa çempionunun heyətində zədəli Di Mariya, Veratti və Dani Alveşin oynayacağı sual altındadır. Təcrübəli qapıçı Buffon isə qırmızı vərəqə cəzalısı olduğundan matçı buraxacaq. "Napoli"də İnsinye və Kulibalinin yüngül zədəsi olsa da, meydana çıxacaqlaır gözlənilir. "Topaz"ın bu oyun üçün təklif etdiyi əmsallar: PSJ-nin qələbəsi 1.40, heç-heçə 4.15, "Napoli"nin qələbəsi 5.
Saat 23:00. "Qalatasaray" - "Şalke" (kod 108)
Azərbaycanda çoxsaylı azarkeşi olan "Qalatasaray" da bu axşam vacib oyuna çıxacaq. D qrupunda 2 oyundan 3 xal toplayan "Cim-Bom" 2-ci pillədə qərarlaşan "Şalke"ni qəbul edəcək. Bu komandalar indiyədək 2 dəfə qarşılaşıb. 5 il əvvəl ÇL-də baş tutan həmin görüşlərdə "Qalatasaray" Helzenkirxen təmsilçisinə uduzmayıb. (3:2 və 1:1). Alman bundesliqasında hazırda 16-cı sırada qərarlaşan "Şalke" qeyri-stabil mövsüm keçirir. Bir tərəfdən də zədə epidemiyası komandanı çətin vəziyyətə salıb. "Qalatasaray"la matçda 6 oyunçunun meydan çıxacağı sual altındadır. Türklərdə isə əsas itki zədəli Emre Akbabanın yoxluğudur. Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan "Topaz"da bu görüşə həm "təkli", həm də canlı mərc edə bilərsiniz. Əmsallar: "Qalatasaray"ın qələbəsi 2.45, heç-heçə 3, "Şalke"nin qələbəsi 2.75.
Seçim genişdir, qazanmağın isə bir yolu var - "Topaz"!!!
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Qurbanovdan nümunəvi addım
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- Avropa çempionatında möhtəşəm nəticə
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- Klublar Komitəsinin iclası keçirilib
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
-
22:21
"Şamaxı" "Zaqatala"ya qalib gəldi VİDEO
-
21:56
Millimiz Belarusa məğlub oldu
-
21:39
“Neftçi” mübarizəni dayandırdı
-
19:43
"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar
-
19:12
"Qaradağ Lökbatan" 3 xalı 3 qolla qazandı VİDEO
-
18:27
“Qaradağ-Lökbatan” və “Şamaxı”dan qələbə
-
18:06
"Prezident Kuboku-2024": Azərbaycanın daha bir avarçəkəni medal qazanıb
-
17:45
Mohammed Kadiri: “Nəinki "Zirə, istənilən rəqibə qalib gələ bilərik”
-
16:38
İspaniyalı baş məşqçi: "Prezident Kuboku”nda iştirak hər bir idmançı üçün yaxşı təcrübə olacaq"
-
16:13
Yüksək Liqada mövsüm başa çatdı
-
15:00
İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib
-
14:49
"Prezident Kuboku": Azərbaycan avarçəkəni qızıl medal qazandı
-
14:22
"Neftçi" “Qarabağ”la matçın hazırlığını davam etdirir FOTOLENT
-
14:15
Millimizin sabiq üzvü “Əl-İttihad”da
-
13:07
Türkiyə avarçəkəni: “Prezident Kuboku” turniri həyəcanlı və maraqlı keçir"
-
12:31
Aygül Abdullayeva Estoniyada ən yaxşı hakimi seçilib
-
12:12
"Səbail" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
11:58
Klublar Komitəsinin növbəti iclası keçirilib
-
11:26
Avarçəkmə üzrə "Prezident Kuboku”nda ikinci yarış gününə start verilib
-
11:03
Fərid Mansurov: "Prezident Kuboku-2024"də azarkeş qismində iştirak etmək qürurvericidir"
-
10:34
"Həm hücumda, həm də müdafiədə aqressiv oyun sərgilədik"
-
10:12
Azərbaycanın güləş milliləri Bakıda toplanış keçirlər
-
09:59
"Traktor" əzəli rəqibi ilə heç-heçə etdi
-
09:47
"Borussiya" PSJ-ni məğlub etdi VİDEO
-
09:30
Minifutbol millimiz beynəlxalq turnirin qalibi oldu
-
18:19
Abu Dosso: “Sumqayıt”ın potensialı avrokuboklarda oynamağa imkan verir”
-
17:58
Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb
-
17:42
Azərbaycanlı nümayəndə ilk dəfə Avropa çempionatında
-
17:25
Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşüb
-
17:03
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşib
-
16:51
"Qusar" Ağdaşdan qələbə ilə qayıtdı VİDEO
-
16:37
“Prezident kuboku-2024” reqatasının birinci gününə yekun vuruldu
-
15:44
Çingiz Hüseynzadə: "Bu yarış gənc avarçəkənlərimiz üçün böyük təcrübədir"
-
14:16
Premyer Liqamızda apreldə vurulan 5 ən gözəl qol VİDEO
-
14:08
AMADA təmiz idman təbliğatını Suqovuşanda davam etdirir
-
13:32
“Sərhədçi”nin baş məşqçisi: "Ümid edirəm ki, yaxşı oyunla qələbə qazanacağıq”
-
12:29
I Liqada hakim təyinatları açıqlandı
-
12:15
Prezident Kuboku-2024" reqatasının Füzulidə də keçirilməsi planlaşdırılır
-
11:53
Suqovuşanda “Prezident Kuboku-2024” reqatasının açılış mərasimi keçirilib
-
10:41
Millimiz Rumıniyaya uduzub, Bosniya və Herseqovinanı darmadağın edib
-
10:17
Ülviyyə Fətəliyeva: "Vətənimə qızıl medalla qayıtmaq qürurvericidir"
-
09:30
"Bavariya" - "Real" matçında 4 qol VİDEO
-
22:22
Azərbaycanın iki idmançısı Olimpiadaya vəsiqə qazandı
-
21:38
Pley-off start götürdü: “Neftçi” uduzdu
-
21:00
“Şahdağ Qusar” - “Füzuli” oyununda 6 qol VİDEO
-
18:49
II Liqada 23-cü tura yekun vuruldu
-
18:34
Millimizin “Böyük Dəbilqə” üçün heyəti açıqlanıb
-
17:55
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
-
16:31
Şəhriyar gerilədi, Teymur irəlilədi
-
16:17
Musa Qurbanlı: “Hamı mənə dəstəkdir”