3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Etopaz

"Topaz": "Old Trafford"da "nəhənglər"in dueli

Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan "Topaz" bu gün müştərilərinə 105 futbol qarşılaşması təklif edir. Bu görüşlərdən 31-nə canlı, 7-sinə isə "təkli" mərc etmək olar.

Günün əsas oyunları təbii ki, Çempionlar Liqasının matçlarıdır. Liqada bu axşam keçiriləcək 8 görüşdən ikisi  - AEK - "Bavariya" və "Yanq Boyz" - "Valensiya" qarşılaşmaları saat 20:55-də, qalan 6 matç isə 23:00-da başlayacaq.

"Real Madrid" - "Viktoriya Plzen" dueli istisna olmaqla Çempionlar Liqasının digər matçlarına həm "təkli", həm canlı mərc etmək mümkündür.

Gecənin matçı adlandıra biləcəyimiz görüş "Old Trafford"da keçiriləcək "Mançester Yunayted" - "Yuventus" qarşıdurmasıdır. Bu, tərəflərin 11-cu dueli olacaq. İndiyədək keçirilən 10 görüşün 5-də "qırmızı şeytanlar", 4-də "Qoca Sinyora" qalib gəlib. Bir dueldə isə heç-heçə (1:1) qeydə alınıb. Mançesterlilər sonuncu dəfə "Yuventus"a 1997-ci ilin dekabrında Turində uduzub (0:1). Ondan sonra tərəflər ÇL-də 4 dəfə üz-üzə gəlib və bir heç-heçə istisna olmaqla qalan 3 matçda "Yunayted" üstün olub. Amma bu da faktdır ki, bütün bunlar əfsanəvi ser Aleks Fergüssonun məşqçiliyi dövründə olub. İndi isə Mançesterdə başqa küləklər əsir. Komanda öz oyununu heç cürə tapa bilmir. Düzdür, Joze Mourinyonun komandası son 3 oyunda uduzmur. "Çelsi" ilə 3 gün əvvəl premyer liqada baş tutan görüşdə də pis təsir bağışlamadılar. Amma bu yenə mançesterli fanatların arzuladığı komanda deyil. "Yuventus"da isə tam fərqli vəziyyətdir. Komanda bu mövsüm məğlub olmayıb. 10 ardıcıl qalibiyyətdən sonra qələbə seriyası 3 gün əvvəl A seriyasında "Cenoa" ilə oyunda bitdi (1:1).  Axşamkı oyunda  "Yuve"dən zədəli Xedira, "Yunayted"dən isə Roxo və Aleksis Sançes oynamayacaq. İtaliya çempionunun əsas qol ümidi Kriştianu Ronaldo isə ona doğma olan "Old Trafford"da illər sonra doğma  komandasına qarşı oynayacaq. H qrupunda lideri müəyyənləşdirəcək bu matç üçün "Topaz"ın təklif etdiyi əmsallar belədir: "Mançester Yunayted"in qələbəsi 2.95, heç-heçə 3.00, "Yuventus"un qələbəsi 2.35.

Çempionlar Liqasının bu və digər matçlarına "Topaz"la həyəcan qatın, oynayın və qazanın.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31