2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Rövnəq Abdullayev: “Foqts millinin çıxışından narazıdır”

AFFA prezidenti Rövnəq Abdullayev İcraiyyə Komitəsinin iclası haqda danışıb. Futbolxeber.az-ın məlumatına görə, jurnalistlərə açıqlamasında R.Abdullayev milli komanda ilə müqaviləsini yeniləyən Berti Foqtsun qarşısına yeni şərtlər qoyduqlarını söyləyib: “İraiyyə Komitəsinin iclası normal keçdi. Komitənin bütün üzvləri öz fikirlərini bildirdilər. Foqts yığmanın çıxışından narazıdır. Bununla belə, biz onunla iki illik müqavilə bağlamağa qərar verdik. Foqtsun qarşısına yeni şərtlər qoyduq. O, Azərbaycanda daha çox qalmalı, Premyer Liqanın görüşlərini daha çox izləməli, klubların məşqçiləri ilə ünsiyyətdə olmalıdı. Biz onun köməkçilərinin də sayını artırmağa qərar verdik. Onunla gənc məşqçilərimizin çalışmasını istəyirik. Aslan Kərimov və Mahmud Qurbanov artıq yığmadadırlar. Ancaq gələcəkdə bu say arta da bilər".

AFFA prezidenti sonda Azərbaycan millisinin qarşıdakı hədəflərinə də toxunub: "Millimizin hər oyunda sonadək mübarizə aparmasını istəyirik. "Avro-2016"nın seçmə mərhələsində yığmamızdan uğur gözləyirik. Hazırda "AÇ-2020"nin bəzi oyunlarının Bakıda keçirilməsinə çalışırıq. Çox istərdik ki, final mərhələsindəki ilk oyunumuz Azərbaycanda baş tutsun".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31