3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Anas Najah: “İnsanlar hansı hakim səhvindən danışırlar?”

“Səbail”in yarımmüdafiəçisi Anas Najahın Futbolxeber.az saytına müsahibəsi

 

- Azərbaycan Premyer Liqasının 31-ci turunda “Araz-Naxçıvan”ı məğlub ediniz. 2:0 hesablı qələbəni necə şərh edərdiniz?

- Bizim üçün bu matçda qalib gəlmək son dərəcə vacib idi. 3 xal qazanaraq avrokuboklara vəsiqə verən yerlər uğrunda daha inamla mübarizə apara biləcəyik. Necə deyərlər, bugünkü missiyanın öhdəsindən gəldik.

- Adətən “Səbail” ilk qolu buraxır, yalnız sonradan toparlanır. Bu dəfə isə əksinə oldu. Demək olar ki, hesabı açan tərəf olmağınız qələbədə böyük rol oynadı?

- Bu sualı cavablandırmaq mənə görə bir qədər çətindir. Bu oyunda hesabı erkən dəqiqələrdə açmaq üçün çoxsaylı şanslar yarada bildik. Düşünürəm ki, baş məşqçinin tapşırıqlarını düzgün şəkildə icra etməyi bacardıq. 90 dəqiqə matçda dominantlığımızı göstərdik. Təbii ki, hesabı açan tərəf olmaq daha yaxşıdır.

- İkinci hissənin əvvəlində sanki çox qapanmışdız. Bu, baş məşqçinin tapşırığı idi ki, rəqibi əks hücumda yaxalayasınız?

- Ümumilikdə baş məşqçimiz bizi "Araz-Naxçıvan"la matça yaxşı kökləyə bilmişdi. Taktiki və fiziki olaraq bu qarşılaşmaya tam hazır idik. Meydanda bunu sübut edib hücumlar zamanı bacardığımızı nümayiş etdirirdik. İkinci hissədə meydana əvəzetmədən daxil olan komanda yoldaşlarımız da bizə xeyli kömək oldu.

- 42 xalla altıncı yerdəsiniz. Sona 5 tur qalmış avrokubok şansını necə dəyərləndirirsiniz?

- Mənə görə, biz hələ də şanslarımızı saxlamışıq. Turnir cədvəlində bizdən yuxarı pillələrdə qərarlaşan bütün komandalara qarşı mübarizə aparırıq. Mənimçün "Araz-Naxçıvan" üzərində qalibiyyət avrokuboklara vəsiqə vermək baxımından ideal motivasiya oldu. Biz həm "Zirə", həm "Sumqayıt", həm də "Neftçi" ilə oyunlarda bu nailiyyəti təkrarlamaq istəyirik. Bugünkü kimi oynasaq, mentallığımızı komanda formasında qorusaq, ən yaxşısını qazanacağıq.

- Bəzən belə fikirlər səslənir ki, hakimlər “Səbail”ə kömək edir. Buna münasibətiniz?

- Qətiyyən razı deyiləm. Azərbaycan çempionatında video təkrar (VAR) texnologiyası mövcuddur. İlk vurduğumuz qola baxın. Həmin epizod şübhəsiz penalti idi. 2-ci qol da cərimə zərbəsindən tam qaydalara uyğun vurulub. Hansı yanlış qərardan söhbət gedə bilər? Siz hansısa qərarın yanlış olduğunu deyə bilərsiniz? (gülür) Mən də bu barədə nəsə deyə bilmərəm. Biz məntiqsiz, qaydalara zidd heç bir addım atmamışıq. Çalışmalıyıq ki, çoxsaylı vərəqələr almayaq. Anlaya bilmirəm ki, insanlar hansı hakim səhvindən danışırlar?

- Növbəti turda "Sabah"la qarşılaşacaqsınız. Avrokuboklar baxımından bu matçın "Səbail" üçün həyati əhəmiyyət daşıdığını söyləmək olar?

- Artıq onlarla 3 dəfə qarşılaşmışıq. Hər matçda bu rəqibə qarşı başa-baş mübarizə aparırıq. Ümidlərim böyükdür. Meydana yalnız 3 xal qazanmaq üçün çıxacağıq.

- Mövsümün sonunda “Səbail”lə müqaviləniz bitir. Artıq gələcəyinizlə bağlı qərar qəbul etmisiniz?

- Bu gözəl suala görə təşəkkür edirəm. Amma məndən yox, idman direktorundan bunu soruşsanız, daha yaxşı olar. Mənə görə "Səbail" bir ailədir. Burada olmaq, bu komandanın uğurları üçün mübarizə aparmaq xoş hisslərdir.  Niderlanddan bu kluba oynamağa gələndə "Səbail"də hər bir şəxs məni çox istiqanlı, səmimi qarşıladı. Bütün komanda yoldaşlarımla münasibətim yaxşıdır. Hazırda çempionatın sona çatmağını gözləyirəm. Daha 3 oyunda qələbə qazanıb, avrokuboklarda çıxış etmək istəyirəm. Gedişatı zaman göstərəcək.

Azad NURİYEV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31