29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü

Ölkə futbolu

Marko Yankoviç: “Mövsümü iki titulla başa vurmaq istəyirik”

"Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviçin Futbolxeber.az saytına müsahibəsi

 

- Son 8 tur qalmış "Qarabağ" ölkə çempionluğunu rəsmiləşdirdi. Təəssüratlarınız necədir?

- Mövsüm ərzində bu nailiyyəti əldə etmək üçün çalışdıq. Milli komandaların oyunlarına görə yaranmış fasilədən sonra çox yaxşı matç keçirdik. Qarşılaşmaya bir qədər yorğun başlasaq da, fasilədən sonra baxımlı oyun sərgilədik və çoxsaylı qollar vurduq. "Kəpəz"ə qarşı matçda qol vuran, assist edən hər bir oyunçu xoşbəxtdir. Biz yaxşı xarakterimizlə bu titulu qazandıq. Hazırda bütün diqqətimizi Azərbaycan kubokunda "Neftçi" ilə matça yönəltmişik. Kuboku da qazanıb mövsümü iki titulla başa vurmaq istəyirik.

- Meydana əsas heyətlə çıxmamağınıza baxmayaraq, “Kəpəz”lə matçda 6 qol vurmağınız sizin üçün nə dərəcədə gözlənilməz oldu?

- Biz peşəkar komandayıq. Hər kəs bu komandada oyuna ciddi şəkildə yanaşır. Məşqçilər heyəti daha az oyun keçirən, milli komandadan gələn, oynamaq imkanı olan bütün futbolçular arasında balans yaradaraq heyəti qururlar.  Düzgün rotasiya aparırlar.

- Çempionluğu 6 qolla qazanmaq əlavə bir hədiyyədir?

- Əlbəttə, çox qol vuranda, daha çox sevinirik. Xüsusilə, hücumçular və hücumameyilli futbolçular fərqlənəndə, bu, onlarda özgüvəni artırır. Həmçinin, hamının belə olanda üzü gülür.

- Çempionluğu sona 8 tur qalmış rəsmiləşdirməyiniz sizin üçün nə dərəcədə gözlənilən idi? Qarşıdakı turlara necə hazırlaşacaqsınız?

- Yalnız Premyer Liqaya köklənmək çətin görünür. Amma dediyim kimi, biz peşəkar heyətə sahib komandayıq. Həmişə öz oyunumuzu yüksək səviyyədə saxlamalıyıq. Biz "Qarabağ"ıq. Əgər titul qazanmaq istəyiriksə, uduzmağı ağlımızdan keçirməməliyik. Əlbəttə, bu, bəzi hallarda ola bilər. Amma uduzduğumuz oyunlarda belə yaxşı performans göstərməliyik.

- Avroliqadakı parlaq çıxışınızdan sonra Avropa klublarının sizə təklif göndərdiyi deyilir. Bu xəbərlər nə dərəcədə doğrudur?

- Hazırda bu barədə dəqiq nəsə deyə bilmərəm. İnsanların bu istiqamətdə fikir yürütməsi olduqca yaxşıdır. Bu, sənin peşəkar oyunçu kimi yetişdiyinin göstəricisidir. İndi yalnız "Qarabağ"a məxsusam. Qarşıda nə baş verəcəyini birlikdə görəcəyik.

- Monteneqro millisində Azərbaycanın sabiq baş məşqçisi olmuş Robert Prosineçkinin rəhbərliyi altında ilk oyunuza çıxdınız. Yeni baş məşqçi barədə fikirləriniz necədir?

- Bu, mənim üçün olduqca yaxşı təcrübə oldu. 6 gün ərzində yeni baş məşqçinin rəhbərliyi altında milli komandada oyunlara çıxdıq. Hələ ki, bir-birimiz haqqında çox məlumata sahib deyilik. Onun işi, oyun sisteminə öyrəşməyə çalışırıq. Hazırda hər şey müsbət yöndə irəliləyir. İki matçda qələbə qazandıq. Bu qələbələr Monteneqro millisi üçün yaxşı başlanğıcdır. Prosineçki üçün də bu yaxşı statistikadır. Onun rəhbərliyi altında növbəti matçları səbirsizliklə gözləyirik.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30