Ölkə futbolu
Qurban Qurbanov: “İnanmıram ki, mənə AFFA-nın vitse-prezidenti vəzifəsi təklif edilsin”
“Adil Şükürova və komandasına uğurlar arzulayıram. Futbolçularımı təbrik edirəm. Bunu bacardılar. Həqiqətən belə uğurlar, belə çempionluqlar futbolçuları daha da peşəkarlaşdırır, məsuliyyət qazandırır. Şadam ki, bu kollektivlə yenə Azərbaycan çempionu olduq. Rəhbərliyimizi, kollektivimizi təbrik edirəm”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Kəpəz"i 6:1 hesabı ilə məğlub edərək çempionluğu rəsmiləşdirdikləri oyundan sonra mətbuat konfransında deyib.
O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Bu klubda sonrakı hədəfiniz nədir?
- Bizim işimiz elədir ki, daim uğurun getməliyik, komandanı uğura hazırlamalıyıq. Əgər biz mövsümboyu daha yaxşı olmalıyıqsa, mütləq hansısa uğur əldə etməli, onu yeniləmək üçün formul düşünməliyik. Baxmayaraq ki, bizim kimi ölkələrdə bu cür uğur nadir hallarda olur. Bəlkə də, 10 il ərzində bir dəfə yaşanır. Hətta biz bunu böyük klubların nəticələrində də şahid olmuşuq. Məsələn, bir il Çempionlar Liqasını qazanan klub, sonrakı 2-3 il ərzində onu təkrarlaya bilmir. Futbolda dəyişikliklər tez-tez olur. Ölkə çempionatına gəldikdə, nə qədər gücümüz var, onu qoruyub-saxlamağa çalışırıq. Daha da məsuliyyətli olmaq istəyirik.
- Milli komandanın baş məşqçi vəzifəsi sizə təklif olunarsa, hansı cavabı verəcəksiniz?
- Bəli, İcraiyyə Komitəsinə namizədliyim verilib. Milli komandanın baş məşqçi vəzifəsi üçün heç bir danışığımız olmayıb. Əvvəllər də mənə bu suallar verilib. Təklif olsaydı, müzakirəsi mümkün idi. Amma hamımızın da bildiyi və eşitdiyimiz qədər deyəsən, baş məşqçi xarici olmalıdır. Bəlkə də, bir ay əvvəl belə fikir var idi. Əfsuslar olsun ki, məsələ haqda bir fikir bildirə bilməyəcəyəm.
- Vaxtından əvvəl çempion olmaq məsuliyyəti daha da artırır. Kollektivi qarşıdakı matçlara necə hazırlayacaqsınız?
- Tam ciddi, tam məsuliyyətlə yanaşacağıq. Sadəcə, bəzi futbolçulara istirahət etmək üçün şərait yaradacağıq. 3-5 gündən söhbət gedir. Milliyə gedən oyunçular oldu. Fasilə zamanı bizimlə olanlara 5 gün istirahət verdik. Bunun faydası da çox oldu. Çünki ehtiyac var idi. Lakin milliyə yollananlar oyunlarda da iştirak etdi. Həmin oyunçulara şərait yaradacağıq ki, bu arada istirahət üçün vaxtları olsun. Mövsüm başa çatdıqdan sonra səhv etmirəmsə, yenə də millimizin bir oyunu var. Onların vaxtı olmayacaq ki, istirahət etsinlər və ÇL üçün hazır vəziyyətdə olsunlar. Amma bu o demək deyil ki, heyəti buraxmayacağıq, bütün görüşlərə ciddi yanaşacağıq. İnanıram ki, hiss edilməyəcək. Hərəsinə bir formada istirahət üçün şərait yaradacağıq.
- Yassin Benzianın durumu nə yerdədir?
- Zədəsi tam ciddi deyil. Sabahdan komanda ilə məşqlərə başlamalıdır. Həkimlərin dediyinə görə, ciddi problem yoxdur.
- Çempionluqdan sonra paltardəyişmə otağında futbolçularla nə danışdınız?
- Onları sadəcə təbrik etdim. Xoş sözlər bildirdim. Onlara görə çox sevinirəm. Çünki yeni çempion olan futbolçularımız var idi. Çempionluğun sayını artıran futbolçular da oldu. Təbrik etdim.
- Bu heyəti qorumağa çalışacaqsınız?
- Bəli. Heyəti qoruyub-saxlamağa çalışırıq. Amma bu çətindir. Çalışacağıq ki, futbolçularımızı maksimum dərəcədə qoruyub-saxlayaq. Bu komandanın potensialı var. Futbolçular daha yaxşı olmaq üçün potensiala sahibdirlər. Onların ustalıq səviyyəsini artırmağa çalışacağıq. Amma bəzən biz düşünmədiyimiz təkliflər olub. Ona görə də, bəzən futbolçularımızı saxlaya bilməmişik. Amma bizdən asılı olan nə varsa, maksimumu edəcəyik ki, bu kollektiv və bizə lazım olanların hamısı qalsın.
- AFFA-nın vitse-prezidenti vəzifəsi boşdur. Təklif gələrsə, münasibətiniz necə olar?
- İnanmıram ki, mənə AFFA-nın vitse-prezidenti vəzifəsi təklif edilsin. Mənim missiyam, qarşıma qoyduğum məqsəd məşqçi kimi davam etməkdir. Çünki hazırda "Qarabağ"dayam. Bu kollektivlə, rəhbərliklə işləmək mənim üçün xoşdur. İşimiz burdadır. Müzakirə olunmayan mövzu haqda fikir bildirmək....Olsaydı, belə edərdim, onu edərdim. Belə məsələləri xoşlamıram. Bəli, İcraiyyə Komitəsinə namizədliyim verilib. Amma hələ təsdiq olunmayıb. Tam əmin olduqdan sonra insan fikirlərini tam inamlı şəkildə bildirir.
- "Qarabağ"ın yerli futbolçuları son vaxtlar intizamsızlığı ilə seçilir. Elvin Cəfərquliyev və Nəriman Axundzadənin adını çəkmək olar. Bununla bağlı münasibətiniz necədir?
- Futbolçularımın intizamsızlığı, onlar haqda fikirlər bildirilməsi ən xoşlamadığım mövzudur. Mənim üçün xoş deyil. Futbol aqressiv oyundur. Bəzən düşünmədiyin epizodlar, nəticələr olanda, xoşagəlməz hallar baş verir. Futbolçularıma dəfələrlə bildirmişəm və ən çox tələbim də budur ki, nə olursa-olsun, futbolçu özünü intizamlı aparmağı bacarmalıdır. Buna da məcburdurlar. Çünki futbol kollektiv oyundur. Bir yola çıxmışıqsa, sona qədər birlikdə qalmalıyıq. Bəzən düşünmədiyin, olmayan qırmızı vərəqə göstəriləndə, futbolçu özünü idarə edə bilmir. Bəli, Elvində aqressivlik, cığallıq var. Belə epizodlar, hallar qarşıdakı 3-4 ildə özünü yığışdırmağa kömək olur, faydası görünür. Elvin "Qarabağ"da da, millidə də özünü daha diqqətli aparmalıdır. İstər-istəməz o yaş dövründə, hardasa yolunu azmaq olur. Çalışacağıq ki, bir daha belə hallar olmasın. Nərimana gəldikdə, yazırlar ki, hansısa jurnalistlə diskussiyası düzgün alınmayıb. Nəriman elə uşaqdır ki, ondan kəlbətinlə söz çıxarmaq olur. Əgər o da belə hərəkət edibsə, demək ki, böyük səhv edib. Detalları bilmirəm, necə olub. Bəzən elə olub ki, baxmışam, amma görməmişəm və ona diqqət ayırmamışam. Sonda belə xəbər gəlib çıxıb ki, "Qurban müəllim diqqət ayırmadı". Belə hallar olur. Amma bu o demək deyil ki, kiməsə diqqətsizlik və hörmətsizlik etmişik. Futbolçuların hamısı səhv edə bilər. Sadəcə təkrarlamamaq lazımdır. Əgər belə səhvlər olubsa, bir daha eləməzlər.
- İcraiyyə Komitəsində yer alacaq 13 nəfərdən keçmişdə futbolçu iki nəfər var: Səməd Qurbanov və siz. Düşünmürsüz ki, qərar qəbullarında yük sizə düşəcək? Hansısa təkliflər hazırlamısınız?
- Formatdan məlumatsızam. Bəli, siyahıda mən və Səməd müəllimdir əvvəl futbolçu olan. Amma siyahıda futbol funksionerləri də var. Məncə, düşünülmüş addımlar atılıb. Yəqin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən, ya başqa qurumlardan açıqlama veriləcək ki, məqsəd nədir. Ola bilər, futbolun, aşağı yaş qruplarının inkişafı üçün, uşaqların futbola daha çox maraqı olması üçün bu qərarlar veriblər. Mən hələ ki, heç bir təklif hazırlamamışam. Çünki formatı hələ bilmirəm. Ümumiyyətlə, futbolun inkişafı üçün hansı addımlar atılacaq, struktur necə qurulacaq, xəbərsizəm. FOrmatı biləndən sonra gedişatda müzakirələr olacaq və öz təkliflərimi irəli sürəcəm, düşüncələrimi bildirəcəm. Amma bu mövzu haqda fikir bildirmək tezdir. Tam təsdiqlənsin, hamı öz yerində otursun, müzakirələr getsin, hamı maraqlanasın, sonra ətraflı məlumat vermək uyğundur. Ola bilər ki, indi hansısa ifadə işlədərik, yalnış olar.
- Gürcüstan millisinin Avropa çempionatına vəsiqə qazanmasından sonra həmin ölkənin futbol federasiyasında daha çox sabiq futbolçuların yer alması məsələsi müzakirə edilir. Sizcə, həqiqətən federasiyada sabiq futbolçuların yer alması önəmlidir?
- Mən həmişə o rəhbər vəzifələrindən uzaq olmuşam. Futbol oynamış, futbolun içində daha çox təcrübəsi olmuş insanların qurumlarda çox olmasının tərəfdarıyam. Gələcəkdə necə olacağını bilmirəm. Yeni rəhbərlik qurulur, yeni rəhbərlik gəlir. Gələcəkdə hansı vəzifədə kimlər olacaq, bilmirəm. Amma ümumən, əlbəttə ki, bəzi sabiq futbolçuların, futbol mütəxəssislərin federasiyada olmasının tərəfdarıyam, onların təcrübəsindən faydalanmağın tərəfdarıyam.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
-
23:00
"Sumqayıt" "Qarabağ"a belə qalib gəldi VİDEO
-
21:56
"Neftçi" və "Sumqayıt"dan qələbə
-
21:05
"Neftçi"dən "Turan Tovuz"a 3 cavabsız qol VİDEO
-
15:46
“Sumqayıt”dan azarkeşlərinə müraciət
-
14:11
"Kəpəz"in üç futbolçusu "Qəbələ"yə qarşı oynamayacaq
-
13:38
Azərbaycan idmançısı Paris-2024-ə vəsiqə qazandı
-
12:05
“Səbail”in müdafiəçisi: “Son 4 tur bizim üçün finala bərabərdir”
-
11:54
"Bayer" yenə 90+6-da məğlubiyyətdən qaçdı VİDEO
-
11:40
"Atletiko" "Atletik"ə qalib gəldi VİDEO
-
11:29
"Latsio"dan minimal hesablı qələbə VİDEO
-
11:17
Karate üzrə açıq turnir keçirilib
-
11:02
"Yuventus" - "Milan" matçında heç-heçə VİDEO
-
10:53
Azərbaycanın stolüstü tennisçisi Fransada beynəlxalq turnirin qalibi olub
-
10:38
"Borussiya" darmadağın oldu VİDEO
-
10:26
“Forza Neftçi” qayıdır: Çağırışa müsbət cavab verildi
-
10:11
Keyn "Bavariya"ya qələbə qazandırdı VİDEO
-
10:04
Elcan Hacıyev: “Avropa çempionu olmaq xəyalım idi”
-
09:45
Derbini "Fənərbaxça" qazandı VİDEO
-
23:25
"Neftçi" azarkeşlərinə çağırış etdi
-
23:08
Renat Dadaşov "Başakşehir"ə qol vurdu
-
21:16
Samir Abasov Xavi ilə görüşdü
-
21:00
"Neftçi"nin 3 futbolçusu "Turan Tovuz"a qarşı oynamayacaq
-
20:27
Şahin Diniyev: “Avrokuboklara getməmək dünyanın sonu deyil”
-
19:53
"Səbail" səfərdə məğlub oldu
-
17:00
Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
-
16:32
Krivostyukun komandası mövsümdə ilk qələbəsini qazandı
-
13:49
Azərbaycanın idmançıları Prezident Kubokunda mübarizə aparacaqlar
-
12:24
Azərbaycan taekvandoçuları Prezident kubokunda 6 medal qazanıb
-
11:50
32-ci turun hakim təyinatları
-
11:38
Azərbaycan Boks Federasiyasının rəsmiləri Naxçıvanda fəaliyyət göstərən məşqçilərlə görüşüb
-
11:13
Bakı Marafonunda iştirak üçün 15-dən çox ölkənin vətəndaşları qeydiyyatdan keçib
-
10:56
Arda Gülər "Real"a qələbə qazandırdı VİDEO
-
10:42
İnfantino "Qarabağ"ı təbrik edib
-
10:29
Bundesliqa: 31-ci turun açılış oyununda 5 qol VİDEO
-
10:17
"Traktor" 1/4 finala yüksəlib
-
10:00
Şahruddin "Qalatasaray"a qarşı belə oynadı VİDEO
-
09:51
Millimiz Monteneqronu məğlub edib FOTOLENT
-
20:28
Hidayətdən 4-cü Avropa çempionluğu
-
18:13
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışd
-
18:00
Azərbaycan gimnastı: “Rəqiblərimiz bizdən çəkinirlər”
-
16:39
Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
-
16:17
Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb
-
15:51
Kubokun finalı: Nominal meydan sahibi və başlama saatı müəyyənləşdi
-
15:26
Millimizin üzvü Macarıstanda bürünc medal qazandı
-
13:42
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
-
13:30
AFFA 7 klubu cərimələdi
-
13:13
“Futbolu da basketbol qədər izləyirəm”
-
12:45
Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
-
11:34
İvan Brkiç: “Neftçi”nin şərəfi uğrunda canımızı meydanda qoymalıyıq”
-
11:08
AFFA Salyanskini əfv etmədi