27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

Lunyov: "Azərbaycan və Rusiya futbolu arasında ziddiyyət var"

"Azərbaycan və Rusiya futbol liqaları arasında bənzərlik azdır. Azərbaycanda yüksək liqada 10 komanda oynayır. Bu, Rusiya ilə ziddiyyət təşkil edir (Rusiyada 16 komanda - red.). Bundan başqa, tribunalar yarıboş olur".
 
Futbolxeber.az saytının məıumatına görə, bu sözləri "Qarabağ"ın qapıçısı Andrey Lunyov Rusiyanın sport24.ru saytına müsahibəsində deyib.
 
O deyib ki, Rusiyada, məsələn, Voronej, Krasnodarda azarkeş çox olur, "Zenit"in oyunlarında da tribunalar demək olar ki, dolur: " Düzdür, əvvəlkitək deyil, amma yenə də yaxşı sayda azarkeş gəlir. Aydın məsələdir ki, fanatlarsız futbol o deyil. 
 
Azərbaycanda isə stadionların 10-15 min tutumu var, amma 2-3 min azarkeş gəlir. Bu, kədərli mənzərədir".
 
Lunyov Azərbaycandakı xərcləri barədə də danışıb. O deyib: "Almaniya ilə müqayisədə Azərbaycanda xərclərim azalıb. Orada təkcə evin və maşının icarəsinə ayda 5000 min avro xərcləyirdim. Azərbaycanda isə 1500 evə, 1000 maşına gedir. Uşaq baxçası üçün xərc çox xırdadır. Benzin də çox pul aparır. Bir ayda ümumən hardasa 4000-5000 min avro xərcim çıxır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30