27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

Ağabala Ramazanov qayıtdı - FOTO

ŞAHİN DİNİYEV ONU NƏ VAXT MEYDANA BURAXACAĞINI AÇIQLADI

Azərbaycan Premyer Liqasının XII turunda, ötən il noyabrın 3-də “Turan Tovuz”la keçirilən oyunda huşunu itirən “Səbail”in kapitanı Ağabala Ramazanov yaşıl meydanlara qayıdıb.

Futbolxeber.az saytının məlumatına görə, 30 yaşlı hücumçunun yaşıl meydandalı məşqdən fotosu klubun feysuk hesabında yer alıb.

“Səbail”in baş məşqçisi Şahin Diniyev Futbolxeber.az saytına açıqlamasında A.Ramazanovun fərdi şəkildə topla məşq etdiyini bildirib: “Hələlik Ağabala ümumi qrupa qoşulmayıb. Sadəcə məşqdə toplarla kontaktsız hazırlıq keçdi. Fərdi şəkildə məşqləri davam etdirir. Düşünürəm ki, maksimum “Qarabağ”la oyundan sonra, aprelin 7-dən Ağabala komanda ilə birgə ümumi məşqlərə qoşula biləcək”.   

Görəsən, mövsümün son turlarında Ağabala meydana çıxa bilər, yoxsa Şahin Diniyev risk etməyəcək: “Qarabağ”la oyundan sonra mövsümün sonuna 7 tur qalacaq. Yəqin 2 tur da komanda ilə birgə məşq etsə, son 3-5 turda Ağabala meydana çıxa bilər. Demirəm əsas heyətdə, lakin sonradan şans qazanması mümkündür. Maksimum son 5, minimum son 3 turda oynamağına imkan olacaq. Təbii ki, hər şey normasında gedərsə”.  

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30