27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

AFFA hakimin şərəf və ləyaqətini alçaldan məşqçini futboldan uzaqlaşdırdı

AFFA İntizam Komitəsinin iclası keçirilib.
 
Futbolxeber.az-ın qurumun saytına istinadən verdiyi məlumata görə, iclasda U-13 liqasındakı qayda pozuntuları ilə əlaqədar da qərarlar qəbul olunub. Gəncənin "Azəri" klubunun U-13 komandasının baş məşqçisi Elşən Əliyev 1 il müddətində futboldan kənarlaşdırılıb. 
 
AFFA-nın yaydığı məlumatda bildirilib ki, martın 17-də AFFA U-13 Liqasında keçirilən “Turan Tovuz” FK – “Azəri” (Gəncə) oyununun 15-ci dəqiqəsində “Azəri” (Gəncə) komandasının baş məşqçisi Elşən Əliyev baş hakimi təhqir etdiyinə, şərəf və ləyaqətini alçaltdığına, onu vurmağa cəhd etdiyinə belə qərar çıxarılıb.
 
Bu hərəkətə görə oyun yarımçıq dayandırıldığı üçün “Azəri” komandasına 0:3 hesablı texniki məğlubiyyət  də verilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30