28 Aprel 2024, Bazar günü
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu

Ölkə futbolu

Millimizin üzvü qardaşının “Benfika” ilə yaşadığı qalmaqaldan danışdı

Milli komandamızın üzvü Ozan Can Kökçü qardaşı, Türkiyə yığmasının formasını geyən Orkun Kökçünün “Benfika” ilə yaşadığı qalmaqaldan danışıb.

Xatırladaq ki, mövsümün əvvəlində rekord məbləğə “Benfika”ya transfer olunan Orkun Kökçü mətbuata açıqlamasında baş məşqçi Rocer Şmidti tənqid etdiyi üçün heyətdən uzaqlaşdırılıb. Niderlandın “De Telegraaf” nəşrinə danışan 23 yaşlı futbolçu “Benfika”dakı durumundan məmnun olmadığını söyləmişdi. Lissabon təmsilçisinin rəhbərliyi klubu və baş məşqçini tənqid etdiyi üçün Orkun Kökçünü qeyri-müəyyən müddətə əsas heyətdən kənarlaşdırıb.

Ozan Can Kökçü Futbolxeber.az saytına açıqlamasında məsələyə belə münasibət bildirib: “Mən bildiyim qədəri ilə qardaşım yalnız bir oyun üçün heyətdən kənarlaşdırılıb. Müsahibə “Casa Pia” ilə matçdan 1 gün öncə yayımlanmışdı. Baş məşqçi də Orkunu həmin görüş üçün heyətə daxil etmədi. Qardaşımın baş məşqçisi ilə münasibətləri yaxşıdır. Açıqlamasında da Rocer Şmidtlə bağlı hər hansı hörmətsiz fikir səsləndirməyib. Hazırda Orkun Türkiyə millisinin düşərgəsindədir. Klubun bazasına qayıtdıqdan sonra baş məşqçi ilə aralarında söhbət olacaq. Məsələnin müsbət yekunlaşacağını düşünürəm”.

Ozan Can qeyd edib ki, hazırda futbolçunun kluba, klubun da ona ehtiyacı var: “Avropa çempionatına qədər qardaşım mütləq oyun praktikası qazanmalıdır. Eləcə də “Benfika”nın Orkuna ehtiyacı var. Bildiyiniz kimi, “Benfika” həm Avropa Liqasında, həm də ölkə kubokunda yoluna davam edir, eləcə də çempionluq uğrunda mübarizə aparır. Ona görə də hesab edirəm ki, hər şey müsbət yekunlaşacaq”.

İbrahim CƏFƏROV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30