27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

Bədavi Hüseynov: “Bolqarıstan daha ciddi rəqibdir”

“Oyuna pis başlamamışdıq. Rəqib isə bütün komanda ilə yaxşı müdafiə olunurdu. Buna görə qol vurmaq bir qədər çətinləşirdi”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri milli komandamızın müdafiəçisi Bədavi Hüseynov “FIFA series - Edition 2024” layihəsi çərçivəsində Monqolustan üzərində qazanılan 1:0 hesablı qələbəni şərh edərkən deyib.

O, qələbə qolunu vurmalarını müsbət hal kimi dəyərləndirib: “İlk hissədə xeyli qol şansımız olsa da, dəyərləndirə bilmədik. Yekunda rəqibi tamamilə qapısına doğru sıxışdırmışdıq. Yaxşı ki qələbə qolunu vura bildik. Qalib gəldiyimiz üçün sevinirəm. Bu qol yaxşı əhval-ruhiyyə ilə Bolqarıstanla görüşə hazırlaşmağa imkan yaratdı”.

33 yaşlı futbolçu bildirib ki, milli oyun ritmini itirib: “Hesabı daha tez açmaq üçün bir qədər dəqiqlik çatışmadı. Həm də neçə vaxtdır birgə oynamırdıq. Hiss olunur ki, oyun ritmini itirmişik. Çalışmalıyıq ki, növbəti matçlarda yaxaladığımız epizodları daha yaxşı reallaşdıraq”.

B.Hüseynov hazırda milliyə rəhbərlik edən Arif Əsədov barədə də danışıb: “Arif Əsədovu yaxşı tanıyırıq. O da bizim hansı keyfiyyətlərə sahib olduğumuzu bilir. Ümumi götürdükdə, millidə ciddi dəyişiklik yoxdur. Əsədov müəyyən korrektələr edib. O, bizdən hücum futbolu tələb edir. Bu isə bəzən alınır, bəzən yox. Üzərində işləməli olduğumuz məqamlar var”.

B.Hüseynov sabah Bolqarıstana qarşı keçiriləcək matçdan da söz açıb: “Bolqarıstan daha ciddi rəqibdir. Hücum futbolu oynamağa çalışacağıq. Hazırlıq baxımından bizim üçün yaxşı matçdır. Bu qarşılaşma gələcək üçün faydalı olacaq”.

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30