27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

Tovuzda mövsümün üçüncü ən yaxşı göstəricisi qeydə alındı

Azərbaycan Premyer Liqasının XXVII turunda keçirilmiş "Turan Tovuz" - "Qarabağ" oyununda 6000 tamaşaçı qeydə alınıb.
 
Futbolxeber.az saytının məlumatına görə, bu, mövsümün üçüncü göstəricisinin təkrarıdır.
 
27 tur ərzində baş tutan 135 matçda 4-cü dəfə tamaşaçı sayı 6000 və ya daha yüksək olub.
 
Rekord “Sumqayıt” – “Neftçi” oyununa (2:1) məxsusdur. XXI turun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda reallaşan görüşünü 8100 tamaşaçı izləyib. XXV turun “Neftçi Arena”dakı “Neftçi” – “Qarabağ” qarşılaşmasında (1:4) 6500, X turun “Turan Tovuz” – “Qarabağ” oyununda (2:2) 6000 seyrçi qeydə alınıb.
 
Qeyd edək ki, qarşılaşmada qonaqlar 3:1 hesablı qələbə qazanıblar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30