27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

"Neftçi"nin ilk böyükhesablı qələbəsi

"Neftçi"nin Azərbaycan Premyer Liqasının 27-ci turunda "Səbail" üzərində 3:0 hesablı qələbəsi çempionatlar tarixində rekordun təkrarlanmasına səbəb olub.
 
Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, Azərbaycan çempionatında bu mövsüm bütün komandalar 3 və ya daha çox qol vuraraq böyükhesablı qələbəyə seviniblər.
 
"Səbail"i 3:0 məğlub edən "ağ-qara"lar bu turadək heç bir kluba 3 və ya artıq top fərqi ilə qalib gəlməmişdi. Komanda ilk dəfə böyükhesablı qələbə qazanıb.
 
Bununla da Premyer Liqada böyükhesablı qələbə qazanmayan komanda qalmayıb.
 
Bütün komandaların mövsüm ərzində belə qələbə qazanması Azərbaycan çempionatları tarixində 4-cü belə hadisədir. Bunadək 1995/1996, 2009/2010 və 2021/2022 mövsümlərində hər komanda ən azı bir dəfə üç və ya daha artıq top fərqi ilə qalib gəlib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30