28 Aprel 2024, Bazar günü
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

Sezar Meza Kolli: “İnanıram ki, “Zirə” avrokuboklara vəsiqə qazanacaq”

“Yenidən Azərbaycana qayıtdığım üçün çox çox şadam. Çalışacağam ki, “Zirə”yə faydalı olum”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Zirə”nin yeni transferi Sezar Meza Kolli deyib.

Paraqvaylı futbolçu Azərbaycan Premyer Liqasının 26-cı turunda “Qarabağ”a 1:3 hesablı ilə uduzduqları matçı belə şərh edib: “Qarabağ”la matçda fərqləndim. Buna görə də sevinirəm. Düzdür, oyunu uduzduq. Lakin maraqlı qarşılaşma alındı. Rəqibin də gücünü nəzərə almaq lazımdır. “Qarabağ”ın nə qədər güclü olduğunu turnir cədvəli də göstərir. Əlimizdən gələni etməliyik ki, növbəti matçlarda qalib gələk”.

Meza Kolli “Zirə”nin avrokuboklara vəsiqə qazanacağına inanır: “Yaxşı komandamız var. Heyətdə bacarıqlı futbolçular cəmləşib. Buna görə də inanıram ki, avrokuboklara vəsiqə qazanacağıq. Təbii ki, bu, heç də asan olmayacaq. 5-6 komanda ilk dördlüyə düşmək uğrunda yarışır. Bunun üçün hər birimiz əlimizdən gələni etməliyik ki, məqsədimizə çataq. Hər nə qədər çətin olsa da, bunun öhdəsindən gəlməliyik”.

Azərbaycana üçüncü qayıdışı barədə danışan 33 yaşlı futbolçu tezliklə formasını bərpa edəcəyini bildirib: “Zirə”dən təklif gələndə çox düşünmədim. Azərbaycan çempionatı mənə çox yaxşı tanışdır. Hazırda ideal formada deyiləm. Amma məşqlərdə tam gücümlə çalışıram. Mənə 10-15 gün vaxt lazımdır. Daha sonra tam hazır olacağam. Özümə güvənirəm. İnanıram ki, komandama köməyim dəyəcək”.

O, “Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 finalında “Bayer”ə qarşı keçirəcəyi cavab matçından da söz açıb: “Bilirəm ki, “Qarabağ”ın mərhələ adlamasını bütün Azərbaycan istəyir. Mən də bunu arzulayıram. Ölkə daxilində rəqib olsaq da, Avropada “Qarabağ”ın uğur qazanmasını istəyirəm. İnanıram ki, komanda çətin səfərdə yaxşı nəticə qazanacaq”.

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30