28 Aprel 2024, Bazar günü
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu

Ölkə futbolu

"Bu fikirlərdən uzaq olmalıyıq”

“Futbolçularımı təbrik edirəm. Bir az narahatlığım var idi. Bəzi futbolçular oyun ritmindən uzaq idilər. Bu, hardasa hiss olundu. Bir az boşluqlarımız oldu. Lakin "Zirə" həmin fürsətlərdən istifadə edə bilmədi. Ümumən maraqlı oyun oldu və vacib 3 xal qazandıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 26-cı turunda “Zirə” üzərində qazanılan 3:1 hesablı qələbəni şərh edərkən deyib.

Təcrübəli mütəxəssis Kevin Medinanın yenidən meydana qayıtmasını belə şərh edib: “Yenidən yaşıl meydanlara döndüyü üçün sevinirik. Amma ağır idi. Öz optimal formasını qaytarmaq üçün bir az vaxt lazım olacaq. "Bayer"lə oyunda hansısa dəqiqələrdə lazım olsa, biləcəyik ki, Kevin var, istənilən an meydana çıxa bilər. Bu, bizim üçün üstünlükdür”.

Q.Qurbanov azarkeşlərin "Bizi finala çıxar" şüarına belə münasibət bildirib: “Bu fikirlərdən uzaq olmalıyıq. Fikrimizi tam olaraq "Bayer"lə oyuna yönəltməliyik. Bəzən real olmayan bir şeydən danışmaq düzgün çıxmaz. İstənilən qalibiyyət bizim üçün sevincdir. Fikrimizi şüarlara, yazılara yönləndirməyək”.

O, Yassin Benzia və Juninyonun son durumunu da açıqlayıb: “Benzia ilə bağlı hər şey normaldır. Juninyonun durumu isə düşündüyümüzdən daha yaxşıdır. Hələ qarşıda günlər var. Əsas heyətdə olmasa da, sonradan meydana girmək şansı var”.

Qurban Qurbanov qeyd edib ki, cavab görüşü öncəsi Elvin Cəfərquliyev və Julio Romaonun qayıtmasını komandası üçün üstünlük hesab edir: “Orada daha intizamlı olmalıyıq. Rəqib öz azarkeşlərinin önündə oynayır. Leverkuzendə temp buradakından daha yüksək olacaq. Buna dözməliyik. Sabahdan başlayaraq həmin oyuna hazırlaşacağıq. Futbolçular çox yorulub. Onların durumuna görə heyət quracağıq”.

“Qarabağ”ın çalışdırıcısı Avropada yaşayan türklər "Qarabağ"a dəstək kampaniyası başlatmasının komandasına kömək olacağını söyləyib: “Dəfələrlə demişəm ki, azarkeş futbolun inkişafı üçün səbəbdir. Futbolçu dəstəyi hiss edəndə daha güvənli, istəkli olur. Belə bir kampaniya başlayıbsa, onlara təşəkkür edirəm. Qardaşlarının yanında olurlar. Bizim Avropadakı oyunlarımızda öz azarkeşlərimizlə bərabər türklər də yanımızda olublar. Bu, bizim üçün böyük bir motivasiyadır”.

Təcrübəli mütəxəssis cavab oyunu öncəsi də inamlı olduğunu vurğulayıb: “İnam olmasa, heç meydana çıxmağa dəymir. Futbolçular inamı ilk olaraq məndə hiss etməlidir. Həmişə real baxmalıyıq. Çox yaxşı komandaya qarşı oynayacağıq. "Bayer" komplekt şəkildə güclüdür. Futbolçular bir-birini tamamlayır. Ən təhlükəlisi də odur ki, futbolçuları acdır. Böyük titullar əldə etmək istəyirlər. Eynilə baş məşqçiləri. Böyük futbolçu olub. Onun ambisiyası böyük məşqçi olmaqdır. Böyümək üçün böyüklərə qalib gəlmək lazımdır. İnam həmişə olacaq. Çalışacağıq ki, onlara qarşı yaxşı mübarizə aparaq. Oyunun sonuna qədər dözmək bizim üçün çox vacibdir. Buradakı matçın 70 dəqiqəsində Azərbaycan çempionatındakı 90 dəqiqəlik enerjini sərf etmişdik. Böyük futbol belədir. Bunu bir oyunda etmək olar. Bunun yorğunluğunu çıxarmaq üçün daha çox vaxt lazımdır. Orqanizm buna öyrəşməyib. Kloppun bir açıqlaması var. Bilirik ki, İngiltərə Premyer Liqası digər çempionatlardan fərqlidir. O demişdi ki, Çempionlar Liqası matçları daha çətin, ağır keçir. Məsuliyyət belədir. Orada hamı çox ciddi yanaşır. Biz məğlub ola bilərik. Amma böyük komandalara qarşı mübarizə aparmağı qarşımıza məqsəd qoymalıyıq. Bunu minimum edə biləcəyik”.

O, Almaniyaya səfər zamanı Xabi Alonsoya Bundesliqanı, Avropa Liqasını qazanmağı arzuladığı barədə fikrini dəyişmədiyini vurğulayıb: “Ya o qazansın, ya da biz qazanaq. Bəli, demişdim. Düşünməzdim ki, yenə rəqib olarıq. Bir insan haqq etdiyini alırsa, buna ancaq sevinirəm. Alonsonun çox böyük futbolçu karyerası olub. Öz işinə əsl peşakar kimi yanaşır. Bu gün Bundesliqada 1-ci yerdə olmağa layiqdir. Avropa Liqasında qalib olsa, bunu haqq edir”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30