28 Aprel 2024, Bazar günü
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

Kevin Medina: “Zirə” ilə matçda meydanda olduğum dəqiqələr qızıl dönəm idi”

“Qarabağ”ın müdafiəçisi Kevin Medina “Zirə” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

 

- Azərbaycan Premyer Liqasının 26-cı turunda “Zirə”ni məğlub etdiniz. 3:1 hesablı qələbəni necə şərh edərdiniz?

- Maraqlı oyun alındı. “Zirə” də kifayət qədər yaxşı rəqibdir. Qalib gəldiyimiz üçün şadıq.

- Üç aylıq fasilədən sonra bu gün yenidən yaşıl meydana qayıtdınız. Təəssüratınız necədir?

- İnanılmaz sevinc hissi keçirirəm. Hər oyunçu meydanda olmağı arzulayır. Uzun müddətdir bu günü gözləyirdim. “Zirə” ilə matçda meydanda olduğum dəqiqələr qızıl dönəm idi.

- Kənardan “Qarabağ” necə görünürdü?

- Komandamız kənardan çox səliqəli, nizam-intizamlı görünürdü. Çox istərdim həmin anlarda meydanda, komandamın yanında olum. Çünki futbolçu üçün kənarda qalmaq çox çətindir.

- Sonra 10 tur qalmış “Qarabağ” ən yaxın rəqibini 24 xal qabaqlayır. Bu isə o deməkdir ki, artıq 2 turdan sonra komandanız növbəti çempionluğu təmin edə bilər...

- Mən o insanlardanam ki, iş sona qədər çatdırılmayıbsa, buna inanmıram. Bəli, böyük üstünlüyümüz var. Lakin hələ çempionluğu təmin etməmişik. Sırf özümə gəldikdə isə çalışacağam ki, qarşıdakı 10 tur ərzində mənə verilən imkanlardan yararlanım. Formamı ən qısa zamanda bərpa edim.

- Qarşıdan “Bayer”lə cavab görüşü gəlir. Leverkuzendəki oyundan gözləntiləriniz nədir?

- Oyuna hələ bir neçə gün var. Sabahdan həmin matçın hazırlıqlarına başlayacağıq. Bizi çətin səfər matçı gözləyir. Buna görə də qarşıdakı oyuna çox yaxşı hazırılaşmalıyıq. Hər nə qədər çətin olsa da, uğur qazanmağa çalışacağıq.

- “Bayer”lə matçda komandanıza kömək etməyə hazırsınız? Bunun üçün özünüzdə güc hiss edirsiniz?

- Mən həmişə özümə inanıram. Mental olaraq da hazıram. Bu gün mənə verilən dəqiqələrdə özümü inamlı hiss etdim. Məşqçi şans versə, cavab matçında komandama kömək etməyə hazıram.

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30