27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

Ayxan Abbasovdan qələbə şərhi: "Stresli matç idi"

"Azarkeşlərimizi, futbolçuları, rəhbərliyi təbrik edirəm. Mühüm oyun idi. "Araz-Naxçıvan" da, biz də yuxarıdan qopmaq istəmirdik. Stresli matç idi. Bəlkə də bu stress hücumda kəsərli olmağımıza mane olurdu".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 26-cı turunda bu gün "Araz-Naxçıvan"a qalib gəldikləri matçdan sonra mətbuat konfransında deyib.

O, 2:0 hesablı qələbəni belə şərh edib: "İlk hissədə rəqib yaxşı müdafiə olunurdu. Bir az çətinlik çəkirdik. İkinci hissədə dəyişikliklər etdik. Sona qədər öz şansımızı gözləyib tələsməmək lazım idi. Bu gün bunu gördüm. Üçüncü dövrə bitir. İtkilərimiz, zədələrimiz var. Bəzi oyunçular hazır deyillər. Bunların da təsiri olur".

A.Abbasov 2 dəqiqəyə dubl edən Aleks Souzanı start heyətdə yox, sonradan meydana daxil etməsinin səbəbini də də izah edib: "Aleks tam hazır deyil, zədəsi var idi. Keçən oyunda da risk etdik. Bu gün Xəyal da zədədən sonra oynadı. Özünü yaxşı göstərdi".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30