28 Aprel 2024, Bazar günü
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

Azər Bağırov: "Rəşad Əhmədovu görəndə artıq bilirəm ki, uduzmuşuq"

"Maraqlı oyun oldu. Biz tək futbol yox, həm də hakimlərə qarşı oynamalıyıq. Hər dəfə bizə qarşı eyni hallar təkrarlanır. Futbolçular da insandır, onlar da əsəbləşir. Hər şey bizim əleyhimizədir".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 26-cı turunda bu gün “Turan Tovuz”la matçından sonra keçirilən mətbuat konfransında deyib.

0:2 hesablı məğlubiyyəti şərh edən mütəxəssis hakimlikdən narazı olduğunu bildirib: "Mövsümün əvvvəlində "Turan Tovuz", "Zirə" hakimlərlə bağlı danışdı. Amma biz susduq. VAR əsas hakimi çağırır. Çağırıbsa, deməli nəsə var. Amma baş hakim öz bildiyini edir. Yəqin ki, həmin hakimin qarşısına Allahın ədaləti çıxcaaq. Keçən dəfə dedik ki, Rəşad Əhmədov komandamızı çökdürür. Skamyada oturan 20 yaşlı uşaq da dözə bilmir. Bu qədər hakimlər var. Rəşadı başqa oyuna göndərsinlər. Hisslərimizlə oynayır. Rəşadı görəndə artıq bilirəm ki, məğlub olmuşuq. Bir oyun deyil, "Sabah"la matçda VAR-da oturmuşdu, bu gün əsas hakim idi. Başqa planlarınız varsa, deyin. Komanda futbol oynayır. Cərimə meydançasında futbolçumuzu dirsəklə vururlar, hakim susur. Biz necə oynayaq? Deyin, işimizi bilək. VAR çağırır, Rəşad deyir ki, baxdım heç nə yoxdur. Məni sındırmaq üçün gəlirsə, heç nə demirəm. Sağolsunlar, yollarına davam etsinlər".

A.Bağırov əlavə edib ki, hakim haqsızlığı tək onlara qarşı olmur: "Mən hamının hörmətini saxlamışam. "Araz-Naxçıvan" yuxarıda ola bilməz. Mən belə görürəm. "Sabah"la oyunda Rəşad məni yıxıb-sürüyür. Yenidən bizim oyuna baş hakim kimi göndərirlər".

A.Bağırov komandasında eniş olduğunu da etiraf edib: "Düzdür, eniş var. Bəzi oyunçularda da yüksəliş var. Qış fasiləsində digər komandalar gücləndi, rotasiya imkanları artdı. "Səbail"lə oyunda rəqibin üç legioneri əvəzetmədən oyuna girir, tempi qaldırır. Bizdə də Ramin Nəsirli, İldar Ələkpərov meydana çıxır. Normal hallardır. Oyunçular zəifləyə bilər. Amma bəzi futbolçular da artırır".

Baş məşqçi istefa vermək ehtimalı ilə bağlı məsələyə də aydılıq gətirib: "İstefa barədə deyirsizsə, mən çox rahat adamam. Bura öz əziyyətimlə gəlmişəm. Bu gün burdayıq, sabah başqa yerdə ola bilərik. Bu, futboldur. Amma futbolçularla aramızda heç bir problem yoxdur. Biz təslim olmamışıq, sadəcə olaraq bizi tərkisilah etdilər".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30