28 Aprel 2024, Bazar günü
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

Xabi Alonso: "Qarabağ"a qarşı matçda oyuna nəzarətimiz az idi"

"Bayer"in baş məşqçisi Xabi Alonso Avropa Liqasının 1/8 finalında keçirilən "Qarabağ"la ilk oyunu (2:2) xatırladıb.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, o, Bundesliqanın 25-ci turunda "Volfsburq"la matç öncəsi keçirilən mətbuat konfransında deyib:

"Hər zaman yaxşı oynamaq və bundan zövq almaq istəyirik. Amma bu, bəzən mümkün olmur. "Qarabağ"a qarşı matçda bir neçə səhv etdik və oyuna nəzarətimiz az idi. Təkmilləşdirilməli olduğumuz çox şey var. Həmişə özümüzü tənqid edirik. Qalib gələndə belə, səhvlərimiz haqda düşünürük. Təyyarədə olduğumuz zamanı işlərimizi görmək üçün istifadə etdik".

Qeyd edək ki, "Bayer"in "Qarabağ"la cavab görüşü aprelin 14-ü keçiriləcək.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30