28 Aprel 2024, Bazar günü
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu
32-ci turun hakim təyinatları

Ölkə futbolu

"Qarabağ" dünya reytinqində 7, "Neftçi" 20 pillə irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Futbolxeber.az-ın qurumun saytına istinadən verdiyi məlumata görə, 402 komandadan ibarət siyahıda Azərbaycanın 2 təmsilçisi yer alıb.

“Qarabağ” ötən reytinqlə müqayisədə 9 pillə yüksəlib. Ağdam təmsilçisi 164,75 xalla 61-ci pillədə qərarlaşıb. “Neftçi” isə 20 pillə irəliləyib. Bakı klubu 60,75 xalla 378-cidir.

Qeyd edək ki, ilk üç pillədə dəyişiklik olmayıb. Siyahıya 385 xalla “Mançester Siti”  başçılıq edir.  “Real” 313 xalla 2-ci, “İnter” 307 xalla 3-cüdür.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30