28 Aprel 2024, Bazar günü
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

Sxadadze: "Qəbələ"nin tam müasir futbol oynadığını sübut edə bilərəm"

"Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Premyer Liqasının 26-cı turunda “Sabah”la oyundan (1:2) sonra mətbuat konfransında iştirak edib.

Futbolxeber.az saytının məlumatına görə, gürcü mütəxəssis komandasının oyunundan razı qaldığını bildirib:

“Komandamız yaxşı oynadı. İki çatışmayan məqamı qeyd edərdim. Hücumların sonluğunda bir az ustalıq və son zərbələr zamanı soyuqqanlılıq çatmır. Matçın 75 dəqiqəsindən sonra komandanı gücləndirə biləcək futbolçularla bağlı da çətinliyimiz var. Komanda çox yaxşı oynadı, pressinq etdi, qol vurdu. Oyunçulara irad tuta bilmərəm. Davit Volkovu tanıyıram. O, çox yüksək səviyyəli futbolçudur və ustalıq öz sözünü dedi. Həm “Qarabağ”, həm “Səbail”lə matçların birinci hissəsində də yaxşı oynamışdıq”.

56 yaşlı məşqçi qapıçı dəyişikliyi və komandanın mübarizəsindən də danışıb: “İki görüşdə 7 top buraxmışdıq. Digər qapıçımız var ki, ona şans verdik. Bu gün qolkiper kobud səhvlər etmədi. Yaxşı oynasaq da, xallar da toplamalıyıq. Uduzmağımız çox pisdir, buna yaxşı deyə bilmərəm. Sonadək mübarizə aparacağıq. Maksimum çalışacağıq. Komandanın tam müasir futbol oynadığını sübut edə bilərəm. Yaxşı kombinasiyalı, pressinqli oyun göstəririk. Çatışmayan xallardır ki, onları qazanmalıyıq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30