27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

“Bizə lazım olan 1 xalı qazandıq”

"Kəpəz" Azərbaycan Premyer Liqasının 26-cı turunda Tovuz şəhər stadionunda "Neftçi" ilə 3:3 hesablı heç-heçə edib.

Futbolxeber.az saytının məlumatına görə, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov oyundan sonra keçirilən mətbuat konfransında nəticəni belə şərh edib:

- Azarkeşlərimizə təşəkkür edirəm. Qalib də gələ bilərdik. Üstün olduğumuz anlarda qollar buraxdıq. Amma deyərdim ki, bu gün 1 xal qazandıq. Maraqlı derbi oyunu alındı. Komandama təşəkkür edirəm. Futbolçular əziyyət çəkdilər, sona kimi vuruşdular. Bizə lazım olan 1 xalı qazandıq. Məqsədimiz Premyer Liqada qalmaqdır. Bunun üçün də xallar qazanmalıyıq.

O, "Kəpəz" bundan sonra oyunlarını Sumqayıtda keçirəcəyi barədə iddialara belə münasibət bildirib: “Belə bir şey yoxdur. Bilmirəm bu fikir haradan çıxıb. "Azersun Arena" haqda nəsə desəydilər, inandırıcı olardı. Rəhbərliklə bu barədə danışırıq. Stadion axtarırıq. Hansı bizə uyğun olsa, orada oynayacağıq. Sumqayıt bizim üçün uzaqdır. Futbolçular üçün asan yollar axtarırıq”.

A.Şükürov Filip Ozobiçin het-trik etməsinə də toxunub: “Heç bir komandaya qarşı xüsusi tapşırıq vermirik. Sadəcə diqqətsizlik oldu ki, Filip Ozobiç bu gün 3 dəfə fərqləndi”.

“Siz gələndən sonra "Kəpəz"də məhsuldarlıq artıb. Bunu necə bacardınız?” sualını təcrübəli mütəxəssis belə cavablandırıb: “Komanda hücum etməyi bacarmalıdır. Amma müdafiədə problemlər var, çox qol buraxırıq. Bunun üzərində də işləməliyik. Xoşbəxtliyi daha çox rəqib qapısında axtarmağa çalışırıq”.

Mütəxəssis Giorgi Papunaşvilinin zədə səbəbindən meydana çıxmadığını söyləyib: “Bununla bağlı deyil. Onu əsas heyətdə düşünmüşdük. Matçdan əvvəl dedi ki, qasıq nahiyyəsində ağrı hiss edir. Bu gün onu qorumaq istədik. Bütün futbolçularımıza inanırıq”.

Şükürov Adama Nianenin cəzalandırıldığını vurğulayıb: “Onun əsas komandadan göndərilməsi daxili nizam-intizamla bağlı idi. Hələ ki, orada qalacaq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30