27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

Patrik Andrade: “Bu nəticə ağızda acı dad təəssüratı oyatdı”

“Oyuna yaxşı başladıq. Birinci hissənin məntiqi nəticəsi kimi 2:0 hesabda irəli çıxdıq. Lakin fasilədən sonra rəqib hesabı bərabərləşdirməyi bacardı. Bu nəticə ağızda acı dad təəssüratı oyatdı”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade “Bayer”ə qarşı keçirilən UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk matçı (2:2) barədə danışarkən deyib.

O, Leverkuzen təmsilçisinin ikinci hissədə üstün oynadığını bildirib: “Futbol məhz budur. Axı biz meydanda özümüz özümüzlə oynamırıq. Rəqibi də nəzərə almaq lazımdır. İkinci hissədə “Bayer” ardıcıl qol vəziyyətləri yaratdı və nəticədə hesabı bərabərləşdirdi. Xüsusən də sonda təzyiqi çox artırmışdılar”.

Qələbəni əldən vermələrinə baxmayaraq, Andrade bildirib ki, başlarını dik tutmalıdırlar: “Oyunun gedişində üstünlüyü əldən verirsənsə, bu, çox məyusedicidir. Lakin “Bayer” kimi güclü rəqibə qarşı inamlı futbol sərgilədik. Buna görə də başımızı dik tutmalıyıq. Artıq qarşıdakı matçlara hazırlaşmalıyıq”.

31 yaşlı futbolçu səfər matçının çox çətin keçəcəyini bildirib: “Hazırda diqqətimizi “Zirə” ilə oyuna yönəltmişik. Yalnız həmin matçdan sonra “Bayer”lə cavab görüşü barədə düşünəcəyik. Futbolda nəticəni əvvəldən demək olmur. İstənilən halda Leverkuzen səfərinə çox ciddi hazırlaşacağıq. Bizi rəqib meydanında çox çətin qarşılaşma gözləyir”.

Fərəc ASLANOV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30