28 Aprel 2024, Bazar günü
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu

Ölkə futbolu

Conatan Ta: "Juninyoya qarşı oynamaq çətindir"

"Bayer"in oyunçusu Conatan Tah Avropa Liqasının 1/8 final mərhələsində Bakıda "Qarabağ"la heç-heçə etdikləri matçdan (2:2) sonra jurnalistlərə açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, müdafiəçi əvvəlcə oyunla bağlı təəssüratlarını bölüşüb: “Çətin oyun oldu. Onların yaxşı oyunçuları var. Birinci hissədə bizim bəzi problemlərimiz var idi və çox da yaxşı oyun göstərmədik. İkinci yarıya ürəklə və inamlı düşüncə tərzi ilə qayıtdıq. Bacardığımızı etməyə çalışdıq. Şadam ki, hesabı bərabərləşdirə bildik”.

O, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a qarşı keçirilən oyunları yada salıb: “Əlbəttə ki, bu oyun daha çətin idi. Qrup mərhələsi fərqlidir, çünki məğlubiyyətdən də sonra irəliləmək olur. Lakin indi biri qalır, biri çıxır. Ya irəliyə gedəcəksən, ya turniri tərk edəcəksən. Hamı isə turnirdə qalmaq istəyir. Ona görə bu oyunlar daha da çətin olur. Oyunçular daha da istəkli və aqressiv oynayırlar”.

28 yaşlı müdafiəçi gələn həftə keçiriləcək cavab oyunu haqda belə deyib: “Biz evdə oynayacağıq, ona görə də özümüzü inamlı hiss edirik. Növbəti mərhələyə keçmək istəyirik”.

O, Juninyoya qarşı oynayaraq çətinlik çəkdiyini qeyd edib: “Çox yaxşı oyunçuları var. Mən müdafiəçi olduğuma görə oyun boyu Juninyoya qarşı oynayıram. Ona qarşı oynamaq isə çətindir. Zubir və Yankoviç də çox yaxşı oyunçulardır. Özünə inamlı və keyfiyyətli oyunçuları var. Aqressiv oyun nümayiş etdirə bilirlər”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30