28 Aprel 2024, Bazar günü
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

Alonso: “Bəxtimiz gətirdi”

"Bayer"in baş məşqçisi Xabi Alonso Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində Bakıda "Qarabağ"la heç-heçə etdikləri matçdan (2:2) sonra mətbuat konfransında iştirak edib.

Futbolxeber.az saytının məlumatına görə, ispan mütəxəssis əvvəlcə "Qarabağ"ın gücünü vurğulayıb: "Çalışacağıq ki, ikinci yarıdakı oyunumuzu cavab görüşündə də meydanda göstərək. Bilirdim ki, bizi çətin rəqib gözləyir. Meydanda güclü “Qarabağ”ı gördük. Ona görə də çətin oyun oldu. Bilmirəm, gələn həftə necə olacaq. Qarşımızda güclü komanda var idi".

O, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovla dostluq münasibətinin olmasının bu komandaların heç-heçə etməsinə təsir göstərmədiyini bildirib: "Bunun heç bir təsiri olmadı. Çünki oyuna təsiri oyunçular göstərir. Onları oyuna hazırlamağa çalışırıq".

Əgər "Bayer" hesabı bərabərləşdirə bilməsəydi, 34 oyunluq məğlubiyyət seriyası qırılacaqdı. X.Alonso bu haqda deyib: "Mən buna çox fokuslanmıram. Mənim üçün əsas olan komandanın yaxşı oyunudur. İlk məğlubiyyət olsa belə, bu ab-havanın komandada qalmasını istəyirəm. Fasilədən sonra yaxşı olmayan nəticəni düzəltdik".

Alonso qeyd edib ki, bu gün "Bayer"in bəxti gətirib: "Bizim bəxtimiz gətirdi ki, hesabı 2:2 etdik. “Qarabağ”ın bəxti gətirmədi. Şanslardan yararlana bilmədilər. Bir həftədən sonra da Leverkuzendəki matçda şanslar 50/50-dir".

O, "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsində "Atletiko"ya qarşı keçirdiyi oyunları xatırladığını söyləyib: "Qurban Qurbanovun təcrübəsi çoxdur. "Qarabağ"ın "Atletiko"ya qarşı ÇL-dəki oyunlarını da xatırlayıram. Qurban Qurbanovu komandanı neçə illərdir çempion edir, avrokuboklara çıxarır. O, böyük işlər görür".

Baş məşqçi start heyətdən əksər vacib futbolçularına yer verməməsinə də toxunub: "Mən hər bir oyunçuma inanıram. Bugünkü heyətin də “Qarabağ”ı uda biləcəyini düşünürdüm. Hər bir məşqçi üçün ehtiyat skamya da vacibdir. Şadam ki, onlar meydana çıxaraq komandanın qollarını vurdular".

X.Alonso "Bu "Bayer"in ən zəif birinci hissə idi. Fasilədə futbolçulara nə dediniz" sualını cavablandırıb: "Bura Bundesliqa oyunu deyildi, pley-off oyunu idi. İlk hissə ən zəif birinci hissə deyildi. Amma hər şey istədiyimiz kimi alınmadı. Vacib olan odur ki, ehtiyatdan meydana girənlər matçın gedişatını dəyişdilər və iki qol vurduq".

Mütəxəssis onu da vurğulayıb ki, "Qarabağ"ın top liqalarda oynayacaq potensiala malik futbolçuları var: "Çox yaxşı, keyfiyyətli oyunçular var. Bəziləri Bundesliqada oynaya bilər. "Qarabağ"ın özü də Bundesliqada oynaya bilər. Amma oyunçuların adını isə çəkmək istəmirəm".

"Çox qol şanslarınız olmadı, ilk qolda da Abdullah Zubir sizə kömək etdi. Niyə son matçlarda çox qol şansları yarada bilmirsiniz" sualını belə cavablandırıb: "Bunu analiz edəcəyik. Topu üçüncü zonaya çatdırmaq bizdə alınmırdı. Səhvləri düzəltməyə çalışacağıq".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30