28 Aprel 2024, Bazar günü
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

“Turan Tovuz” yeni tərəfdaşlıq müqaviləsi imzaladı

EHTİRAM QULİYEV: “BÖYÜMƏK VƏ PEŞƏKARLAŞMAQ YOLUNDA DOĞRU ADDIMLAR ATMAQDA DAVAM EDİRİK”

“Turan Tovuz” PFK yeni tərəfdaşlıq müqaviləsinə imza atıb.

Futbolxeber.az saytının məlumatına görə, Tovuz klubu bundan sonra ölkəmizin tanınmış şirkətlərindən olan “İnci Group of Companies” ilə əməkdaşlıq edəcək. Əməkdaşlıq 2024-2025-cü illər mövsümünün sonunadək nəzərdə tutulub. Şirkət tərəfindən əsas komandanın ev oyunları zamanı Tovuz şəhər stadionunda uduşlu əşya lotoreyası həyata keçiriliəcək.

Bununla da bilet alan azarkeşlər məişət texnikası, elektron avadanlıqlar və  digər hədiyyələr qazanmaq şansı əldə edəcəklər.

Tərəflər keçirəcəkləri sosial məsuliyyət kampaniyalarında bir-birilərini dəstəkləyəcək və birgə fəaliyyət göstərəcəklər.

Qeyd edək ki, "İnci Group of Companies" QSC fəaliyyətə 1995-ci ildə satış şirkəti kimi başlayıb. Hazırda dünyanın bir çox tanınmış markalarının ölkə üzrə distribusiyasını həyata keçirir. Şirkət Azərbaycanda “OYAL” məktəbli ləvazimatları, “QUİCKS” mətbəx və ev əşyaları markasının eksklüziv satıcısıdır. “OYAL” və “QUİCKS” markalarının məhsulları paytaxt Bakı ilə yanaşı, bölgələrimizdə yerləşən  məktəb və ofis ləvazimatlarının, həmçinin mətbəx və ev əşyalarının satıldığı bütün mağazalarından əldə etmək mümkündür.

“Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev əməkdaşlıqdan məmnun olduğunu bildirib: “Böyümək və peşəkarlaşmaq yolunda doğru addımlar atmaqda davam edirik. Son bir ay ərzində bu ikinci əməkdaşlıq anlaşmasıdır. Ölkəmizin ən tanınmış şirkətlərindən olan "İnci Group of Company"nin rəhbərliyinə göstərdikləri diqqətə görə minnətdarıq. Ümid edirik ki, əməkdaşlığımız uzunmüddətli və və hər iki tərəf üçün səmərəli olacaq”.

“İnci Group of Companies” QSC-nin direktoru İsa Abbasov da Tovuz klubu ilə əməkdaşlıqdan razı qaldığını qeyd edib: “Əməkdaşlığın hər iki tərəf üçün düşərli olmasını arzu edirik. “Turan Tovuz” ölkə futbolunun ən böyük dəyərlərindən biridir. Ümid edirəm ki, nümunəvi tərəfdaşlığımız digər sahələrdəki şirkətlərin də kluba dəstək olmasına təkan verəcək”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30