27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

Xabi Alonso: “Qarabağ” çox güclü komandadır”

“Qarabağ” çox güclü komandadır, avrokubok təcrübəsi böyükdür".

Futbolxeber.az saytının “Report”a istinadən verdiyi məlumata görə, bunu Almaniyanın “Bayer” klubunun baş məşqçisi Xabi Alonso “Qarabağ”a qarşı keçiriləcək UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunundan əvvəl keçirdiyi mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis Bakıya iddialı yollanacaqlarını bildirib: “Qarabağ”ın pley-off mərhələsində Portuqaliya klubu “Braqa” ilə keçirdiyi hər iki oyununu təhlil etmişik. Tipik “Qarabağ” performansı gördük. Təhlükəli çıxış etdilər və uğur qazandılar. 10 nəfərlə mübarizə aparsalar da, sona qədər əzmkar oynadılar”.

O, bir müddət əvvəl “Bayer 04”ün düşərgəsində olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla görüşündən də bəhs edib: “Qurban Qurbanovla yaxşı söhbətimiz oldu, aramızda gizlədiləsi heç nə yoxdur. O, yaxşı məşqçidir”.

Çalışdırıcı argentinalı yarımmüdafiəçi Ezekyel Palasiosun matça hazır olduğunu əlavə edib: “Sabahkı oyunda da start heyətində çıxış etmək iqtidarındadır. Ondan gözləntimiz yaxşı oynamaq, komandaya kömək etməkdir. Bütün futbolçulardan istəyim budur”.

Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer” oyunu saat 21:45-də başlayacaq. Komandalar arasında cavab matçı martın 14-də Leverkuzendə olacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30